"Dövlət borcu
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi və Azərbaycan Respublikası Milli Məclisinin
1992-ci il 29 dekabr tarixli 425 nömrəli Qərarının
qüvvədən düşmüş hesab edilməsi barədə
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 4, I kitab,
maddə 250, N 5 maddə 323; 2002-ci il, N 12, maddə 709;
2003-cü il, N 8, maddə 420; 2004-cü il, N 3, maddə 123, N
5, maddə 318,
N 6, maddə 415, N 10, maddə
761, N 11, maddə 901; 2005-ci il, N 2, maddə 61, N 6, maddə 466,
N 8, maddələr 684, 692, 693, N 11, maddə 996, N 12, maddə
1085; 2006-cı il, N 2, maddə 68, N 3, maddə 225, N 5, maddə
387, N 6, maddə 478, N 8, maddə 657, N 12, maddə 1005; 2007-ci
il, N 2, maddə 80, N 6, maddə 560, N 8, maddə 745, N 10, maddə
937, N 11, maddə 1053, N 12, maddələr 1215, 1219; 2008-ci il, N
3, maddə 145, N 6, maddə 456; Azərbaycan
Respublikasının 2008-ci il 13 iyun tarixli 648-IIIQD nömrəli
Qanunu) aşağıdakı məzmunda 276.4-cü maddə əlavə
edilsin.
"276.4. Azərbaycan
Respublikasının dövlətə məxsus aktivləri,
onun beynəlxalq ehtiyatları və gələcəkdə
yarana biləcək aktivləri dövlət borcu və ya
dövlət tərəfindən zəmanət verilmiş borc
üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı
məqsədilə girov qoyula bilməz.".
II. Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 4, II kitab,
maddə 251, N 12, maddə 835; 2001-ci il, N 1, maddə 24, N 7, maddə
455; 2002-ci il, N 1, maddə 9, N 5, maddələr 236, 248, 258, N 6,
maddə 326, N 8, maddə 465; 2003-cü il,
N 6, maddələr 276, 279, N
8, maddələr 424, 425,
N 12, I kitab, maddə 676;
2004-cü il, N 1, maddə 10, N 4, maddə 200, N 5, maddə 321,
N 8, maddə 598,
N 10, maddə 762, N 11, maddə
900; 2005-ci il, N 1, maddə 3, N 6, maddə 462, N 7, maddə 575, N
10, maddə 904, N 11, maddə 994; 2006-cı il, N 2, maddələr
71, 72, 75, N 5, maddə 390, N 12, maddələr 1008, 1020, 1028;
2007-ci il, N 2, maddə 68, N 5, maddə 398, N 6, maddələr
560, 562, 579, N 8, maddə 757,
N 10, maddələr 937, 941, N
11, maddələr 1049, 1080, 1090, N 12, maddə 1221; 2008-ci il, N
6, maddələr 454, 461; Azərbaycan Respublikasının
2008-ci il 13 iyun tarixli 648-IIIQD nömrəli Qanunu)
aşağıdakı məzmunda 195-1-ci maddə əlavə
edilsin:
"Maddə 195-1. Dövlət
borcundan və ya dövlət zəmanəti ilə
alınmış borcdan istifadə qaydalırını pozma
195-1.1. Əsas və təkrar
borcalan tərəfindən dövlət borcalmaları və
ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitin
istifadəsi və qaytarılması (istifadəçiyə
şamil olunmur) haqqında məlumatların, öz bank
hesablarının vəziyyəti haqqında məlumatların
qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtında
verilməməsi və ya təhrif olunmuş məlumatların
verilməsi dövlətə xeyli miqdarda ziyan vurduqda -
üç min beş yüz
manatdan beş min beş yüz manatadək cərimə və
ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.
195-1.2. Dövlət
borcalmaları və ya dövlət zəmanəti verilmiş
öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı
üzrə istifadə edilməməsi dövlətə xeyli
miqdarda ziyan vurduqda -
üç il müddətinə
müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə, iki
ildən üç ilədək azadlığın məhdudlaşdırılması
və ya bir ildən iki ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
195-1.3. Bu Məcəllənin
195-1.1-ci və 195-1.2-ci maddələrində nəzərdə
tutulmuş əməllər dövlətə külli miqdarda
ziyan vurduqda -
üç il müddətinə
müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə, iki
ildən üç ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.".
III. Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8, I kitab,
maddə 584; 2001-ci il, N 1, maddə 24, N 3, maddə 139, N 7, maddə
455, N 11, maddələr 680, 698, N 12, maddə 731; 2002-ci il, N 1,
maddə 9, N 4, I kitab, maddə 165, N 5, maddələr 234, 237,
239, N 6, maddə 326, N 8, maddə 463, N 12, maddə 692;
2003-cü il, N 1, maddələr 3, 13, 23, N 4, maddələr
177, 178, N 5, maddə 228,
N 6, maddələr 257, 276,
279, N 8, maddələr 407, 425, N 12, I kitab, maddələr 676,
696, II kitab, maddələr 713, 714; 2004-cü il, N 1, maddələr
6, 7, 10, 13, N 4, maddələr 200, 201, 204, N 5, maddələr
313, 314, 317, 321, N 6, maddə 397, N 8, maddələr 596, 597, N
10, maddələr 762, 779, N 11, maddə 900, N 12, maddə 973;
2005-ci il, N 1, maddələr 5, 6, N 2, maddə 61,
N 4, maddələr 272, 273,
275, 278, N 6, maddələr 462, 466, N 7, maddə 576, N 8, maddələr
691, 692, N 10, maddələr 875, 877, 904, N 11, maddələr 993,
994, 995, N 12, maddələr 1083, 1085; 2006-cı il, N 2, maddələr
64, 68, N 3, maddələr 219, 220, 223, 225, N 5, maddə 385, N 6,
maddə 478, N 11, maddələr 923, 924, 932, N 12, maddələr
1005, 1020, 1024; 2007-ci il, N 1 maddələr 3, 4, N 2, maddələr
65, 68, N 5, maddələr 397, 398, 401, 440; N 6, maddələr
560, 561, 562, 579, N 8, maddə 757, N 10, maddələr 935, 936,
938, 940; N 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089,
1091; N 12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, N 2, maddə
47, N 3, maddələr 146, 152, 159, N 4, maddə 249; N 5, maddə
340, N 6, maddələr 454, 460, 461, 464; Azərbaycan
Respublikasının 2008-ci il 13 iyun tarixli 647-IIIQD , 648-IIIQD
nömrəli, 24 iyun tarixli 655-IIIQD, 658-IIIQD nömrəli, 2
oktyabr tarixli 692-IIIQD nömrəli qanunları)
aşağıdakı əlavələr edilsin:
1. Aşağıdakı məzmunda
204-2-ci maddə əlavə edilsin:
"Maddə 204-2. Dövlət
borcundan və ya dövlət zəmanəti ilə
alınmış borcdan istifadə qaydalarını pozma
204-2.1. Əsas və təkrar
borcalan tərəfindən dövlət borcalmaları və
ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitin
istifadəsi və qaytarılması (istifadəçiyə
şamil olunmur) haqqında məlumatların, öz bank
hesablarının vəziyyəti haqqında məlumatların
və digər zəruri məlumatların vaxtında verilməməsi
və ya təhrif olunmuş məlumatların verilməsi,
dövlət borcalmaları və dövlət zəmanəti
verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən
təyinatı üzrə istifadə edilməməsi dövlətə
az miqdarda ziyan vurduqda -
vəzifəli şəxslər
üç yüz manatdan beş yüz manatadək, hüquqi
şəxslər beş yüz manatdan yeddi yüz manatadək
cərimə edilir.";
2. 199-cu maddənin Qeydində
"200-204" rəqəmlərindən sonra ", 204-2"
rəqəmləri əlavə edilsin.
IV. Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinin
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
N 8, II kitab, maddə 585; 2001-ci il, N 7, maddə 455; 2002-ci il, N
1, maddə 9, N 5, maddə 233, N 8, maddə 463; 2003-cü il,
N 6, maddə 276; 2004-cü
il, N 5, maddə 321, N 7, maddə 505, N 8, maddə 598, N 10, maddə
761, N 11, maddə 890; 2005-ci il, N 1, maddə 4, N 4, maddə 278,
N 6, maddə 462, N 8, maddə 686, N 10, maddə 874, N 12, maddə
1079; 2006-cı il, N 1, maddə 3, N 2, maddə 64, N 5, maddə
390, N 10, maddə 847, N 11, maddə 929, N 12, maddə 1032; 2007-ci
il, N 2, maddələr 65, 68, N 6, maddə 560, N 7, maddə 712, N
8, maddə 756, N 11, maddə 1049, N 12, maddə 1221; 2008-ci il, N
6, maddə 462; Azərbaycan Respublikasının 2008-ci il 24 iyun
tarixli, 656-IIIQD və 657-IIIQD nömrəli qanunları)
215.3.1-ci maddəsinə "195" rəqəmindən sonra
",195-1" rəqəmləri əlavə edilsin.
V. "Büdcə sistemi
haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N 10, maddə
584; 2003-cü il, N 6, maddə 267; 2004-cü il, N 12, maddə
979; 2005-ci il, N 5, maddə 393, N 12, maddə 1083; 2006-cı il, N
2, maddə 67, N 3, maddə 225, N 12, maddə 1012; 2007-ci il, N 12,
maddə 1202) aşağıdakı əlavələr və
dəyişikliklər edilsin:
1. 1.1.21-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"1.1.21. dövlət borcu
- Azərbaycan Respublikasının adından
bağlanılmış müqavilələrin öhdəlikləri
üzrə ödənilməli olan borc;";
2. 16.1.13-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"16.1.13. daxili və xarici
dövlət borcunun, dövlət zəmanətinin, o cümlədən
büdcə ili ərzində cəlb edilən və əvvəlki
illərdə alınmış və növbəti büdcə
ilinin sonunadək qaytarılması nəzərdə tutulan
daxili və xarici dövlət borcunun yuxarı hədləri
(limitləri);";
3. 19.2-ci maddənin birinci
abzasında "dövlət təminatı ilə
alınmış kreditlər" sözləri "dövlət
zəmanəti ilə alınmış borclar" sözlərii
əvəz edilsin;
4. 20.3-cü maddənin ikinci
cümləsində "borclar və verilən dövlət təminatları,
buraxılmış dövlət istiqrazları" sözləri
"dövlət borcları, o cümlədən
buraxılmış dövlət qiymətli
kağızları və verilən dövlət zəmanətləri"
sözləri ilə əvəz edilsin;
5. 24.2-ci maddədən
",kredit" sözü çıxarılsın;
6. 25.1-ci və 25.2-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
"25.1. Dövlət
borcalmaları ölkənin sosial-iqtisadi inkişafına
yönəldilmiş proqramların həyata keçirilməsini
təmin etmək, dövlət büdcəsinin kəsirini
örtmək, dövlət investisiyalarını maliyyələşdirmək
və Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilən digər məsələlərin
həlli məqsədilə həyata keçirilir.
25.2. Dövlət borcu
müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə
olunur.";
7. 25.4-cü maddənin
birinci cümləsində "(əsas borc, faiz)" sözləri
"(əsas məbləğ və faizlər)" sözləri
ilə, ikinci cümləsində "Faizlər və
borclar" sözləri "Əsas məbləğ və
faizlər" sözləri ilə əvəz edilsin;
8 25.5-ci maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
"Dövlət borcunun
yuxarı həddi (limiti) yalnız müvafiq il
üçün dövlət büdcəsi haqqında Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər edilməklə
artırıla və ya azaldıla bilər.";
9. 25.6-cı maddədən
"hər rüb" sözləri
çıxarılsın və aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Dövlət borcu və
dövlət zəmanəti ilə bağlı proseslərin
qanunvericiliklə müəyyən edilmiş qaydada şəffaflığı
təmin edilir.".
VI. "Mühasibat
uçotu haqqında" Azərbaycan Respublikası Qanununun
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü
il, maddə N 8, maddə 605) 12.2-ci maddəsində
"dövlət (hökumət) zəmanəti" sözləri
"dövlət zəmanəti" sözləri ilə əvəz
edilsin.
VII. "Dövlət borcu
haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin
1992-ci il 29 dekabr tarixli 425 nömrəli Qərarı (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, N 24, maddə
1047) qüvvədən düşmüş hesab edilsin.
VIII. Bu qanun dərc edildiyi
gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2008-ci il
Azərbaycan.-2008.-14 dekabr.-S.2.