Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,

N 8, I kitab, maddə 584; 2001-ci il, N 1, maddə 24, N 3, maddə 139, N 7, maddə 455,

N 11, maddələr 680, 698, N 12, maddə 731; 2002-ci il, N 1, maddə 9, N 4, I kitab, maddə 165, N 5, maddələr 234, 237, 239, N 6, maddə 326, N 8, maddə 463, N 12, maddə 692; 2003-cü il, N 1, maddələr 3, 13, 23, N 4, maddələr 177, 178, N 5, maddə 228, N 6, maddələr 257, 276, 279, N 8, maddələr 407, 425,

N 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, N 1, maddələr 6, 7, 10, 13, N 4, maddələr 200, 201, 204,

N 5, maddələr 313, 314, 317, 321, N 6, maddə 397, N 8, maddələr 596, 597, N 10, maddələr 762, 779, N 11, maddə 900, N 12, maddə 973; 2005-ci il, N 1, maddələr 5, 6, N 2, maddə 61, N 4, maddələr 272, 273, 275, 278, N 6, maddələr 462, 466, N 7, maddə 576,

N 8, maddələr 691, 692, N 10, maddələr 875, 877, 904, N 11, maddələr 993, 994, 995,

N 12, maddələr 1083, 1085; 2006-cı il, N 2, maddələr 64, 68, N 3, maddələr 219, 220, 223, 225, N 5, maddə 385, N 6, maddə 478, N 11, maddələr 923, 924, 932, N 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, N 1, maddələr 3, 4, N 2, maddələr 65, 68, N 5, maddələr 397, 398, 401, 440, N 6, maddələr 560, 561, 562, 579, N 8, maddə 757, N 10, maddələr 935, 936, 938, 940, N 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091,

N 12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, N 2, maddə 47, N 3, maddələr 146, 152, 159, N 4, maddə 249, N 5, maddə 340,

N 6, maddələr 454, 460, 461 464, N 7, maddələr 601, 602, 605; Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 649-IIIQD nömrəli 24 iyun tarixli 658-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 194.1-ci, 194.2-ci 195-ci maddələrin sanksiyası aşağıdakı redaksiyada verilsin:

"fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.";

2. 196-cı maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 196. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması

196.0. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulmasına, yəni:

196.0.1. xüsusi razılıq (lisenziya) olmadan I II məsuliyyət səviyyəli bina qurğuların layihələndirilməsi, mühəndis-axtarış tikinti-quraşdırma işləri ilə məşğul olmağa;

196.0.2. baş planlarda, müfəssəl planlaşdırma ərazi-tikinti layihələrində mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində müvafiq rəy alınmadan dəyişiklik edilməsinə;

196.0.3. mühəndis-axtarış işləri layihə sənədlərinin dövlət ekspertizası aparılmadan I II məsuliyyət səviyyəli bina qurğuların tikintisinin həyata keçirilməsinə;

196.0.4. mühəndis-axtarış tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma qaydalarını pozmağa;

196.0.5. tikintisi başa çatmış bina qurğuların istismara verilməsi qaydalarını pozmağa;

196.0.6. tikintidə təhlükəsizliyə nəzarət edən orqanın fəaliyyətinə maneçilik törətməyə həmin orqanın qanuni göstərişlərinə əməl etməməyə görə -

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.".

II. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8, (II kitab), maddə 585; 2001-ci il, N 7, maddə 455; 2002-ci il, N 1, maddə 9, N 5, maddə 233, N 8, maddə 463; 2003-cü il, N 6, maddə 276; 2004-cü il, N 5, maddə 321, N 7, maddə 505, N 8, maddə 598, N 10, maddə 761, N 11, maddə 890; 2005-ci il, N 1, maddə 4, N 4, maddə 278, N 6, maddə 462, N 8, maddə 686, N 10, maddə 874, N 12, maddə 1079; 2006-cı il, N 1, maddə 3, N 2, maddə 64, N 5, maddə 390, N 10, maddə 847, N 11, maddə 929, N 12, maddə 1032; 2007-ci il,

N 8, maddə 756, N 11, maddə 1049, N 12, maddə 1221; 2008-ci il, N 6, maddə 462, N 7, maddələr 606, 607) aşağıdakı dəyişikliklər edilsin:

1. 85.3-cü 86.3-cü maddələrdə "hərəkətlərin qanuni vaxtında aparılmasına görə məsuliyyət daşıyır" sözləri "hərəkətləri qanuni vaxtında aparmağa borcludur" sözləri ilə əvəz edilsin;

2. 153.4-cü maddədə "153.3.1-153.3.3-cü" rəqəmləri "153.3.1 153.3.2-ci" rəqəmləri ilə əvəz edilsin;

3. 164.5.1-ci maddədə "şərti maliyyə vahidi məbləğinin beş min misli" sözləri "beş min manat" sözləri ilə əvəz edilsin;

4. 164.5.2-ci maddədə "şərti maliyyə vahidi məbləğinin on min misli" sözləri "on min manat" sözləri ilə əvəz edilsin;

5. 391.4-cü maddədən "həmin şikayət ya protest verilməmiş" sözləri çıxarılsın;

6. 394.1-ci maddədə "hüquqlarını" sözü "hüquqları" sözü ilə əvəz edilsin.

III. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 oktyabr 2008-ci il

 

Azərbaycan.-2008.-14 dekabr.-S.2.