"Dövlət borcu
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi və Azərbaycan Respublikası Milli Məclisinin
1992-ci il 29 dekabr tarixli 425 nömrəli Qərarının
qüvvədən düşmüş hesab edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
haqqında
"Dövlət borcu
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi və Azərbaycan Respublikası Milli Məclisinin
1992-ci il 29 dekabr tarixli 425 nömrəli Qərarının
qüvvədən düşmüş hesab edilməsi barədə"
Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli
711-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə
əlaqədar həmin qanunun tətbiq edilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının "Dövlət borcu
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi və Azərbaycan Respublikası Milli Məclisinin
1992-ci il 29 dekabr tarixli 425 nömrəli Qərarının
qüvvədən düşmüş hesab edilməsi barədə"
Azərbaycan Respublikası Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ - hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri daxilində "Dövlət borcu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 dekabr tarixli 425 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.
3. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8, III kitab, maddə 612; 2001-ci il, N 7, maddə 462, N 10, maddə 640, N 12, maddə 755; 2002-ci il, N 1, maddə 49, N 5, maddələr 260, 275, N 8, maddələr 478, 484, 486; 2003-cü il, N 6, maddə 299, N 8, maddə 434, N 9, maddə 478, N 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, N 1, maddələr 19, 26, N 3, maddələr 138, 141, N 4, maddə 235, N 5, maddələr 340, 341, 343, 345, 346, N 8, maddələr 607, 608, N 11, maddə 909,
N 12, maddə 1005; 2005-ci il, N 2, maddələr 67, 69, N 4, maddələr 299, 303, N 8, maddə 702, N 9, maddələr 801, 802, N 12, maddə 1101; 2006-cı il, N 2, maddə 83, N 4, maddələr 321, 322, N 5, maddə 407, N 7, maddə 590, N 8, maddələr 662, 663, 674, 675, 679, N 9, maddə 743, N 11, maddələr 942, 945; 2007-ci il, N 1, maddə 11, N 2, maddə 87,N 3, maddə 230, N 7, maddə 715, N 8, maddələr 767, 769; N 11, maddələr 1110, 1116, 1120, N 12, maddə 1227; 2008-ci il, N 1, maddə 7, N 3, maddə 186, N 6, maddələr 504, 507, N 8, maddə 713; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 12 sentyabr tarixli 826 nömrəli Fərmanı) 3.31-ci bəndində "204-1-ci," sözlərindən sonra "204-2-ci," sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 271 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
N 2, maddə 86; 2003-cü il, N 10, maddə 585; 2006-cı il, N 5, maddə 409; 2007-ci il, N 3, maddələr 221, 234) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.6-cı bənddə "dövlət zəmanəti ilə alınan daxili və xarici kreditlərin xərclənməsi üzərində maliyyə nəzarətinin" sözləri "dövlət borcalmaları və dövlət zəmanəti ilə alınmış vəsaitlərdən istifadəyə nəzarətin" sözləri ilə əvəz edilsin;
4.2. 3.10-cu bənddə "ssuda (borc) verir" sözləri "ssuda verir və dövlət borcunu idarə edir" sözləri ilə əvəz edilsin;
4.3. 3.30-cu bənd aşağıdakı redaksiyada verilsin:
"3.30. Dövlət borcunun və dövlət zəmanətinin reyestrini aparır;";
4.4. 4.11-ci bənddə "kreditlərdən" sözü "borclardan" sözü ilə əvəz edilsin.
5. "Hökumət zəmanəti ilə alınan kreditlərin qaytarılmasına nəzarətin gücləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 496 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il,
N 6, maddə 394; 2002-ci il, N 12, maddə 722) adında, preambulasında, 1-ci bəndində, 2-ci bəndinin ikinci abzasında, 4-cü bəndində və 5-ci bəndinin ikinci abzasında "Hökumət" sözü "Dövlət" sözü ilə əvəz edilsin.
6. "Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, N 2, maddə 85) 1.1-ci, 1.2-ci, 1.7-ci, 1.11-ci, 1.12-ci, 1.13-cü, 1.14-cü bəndlərində "Azərbaycan Respublikası Hökumətinin" sözləri, 1.6-cı, 1.8-ci, 1.10-cu, 1.15-ci bəndlərində "Hökumətin" sözü, 1.7.4-cü bəndində "Hökumət" sözü və 2-ci bəndində "Azərbaycan Respublikası Hökuməti" sözləri "Dövlət" sözü ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il,
N 12, maddə 1051; 2008-ci il, N 4, maddə 255, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 14 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə"nin 3.1.53-cü bəndində "Azərbaycan Respublikasının, Azərbaycan Respublikası Hökumətinin" sözləri və 3.1.54-cü bəndində "Azərbaycan Respublikasının (Azərbaycan Respublikası Hökumətinin) iştirakçısı olduğu və onların" sözləri "dövlət" sözü ilə əvəz edilsin.
8. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 dekabr
2008-ci il
Azərbaycan.-2008.-14 dekabr.-S.2.