"Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
2008-ci il 28 oktyabr tarixli 705-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi barədə
"Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində və Cinayət-Prosessual
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2008-ci il 28
oktyabr tarixli 705-IIIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini
təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 705-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8, III kitab, maddə 612; 2001-ci il, N 7, maddə 462,
N 10, maddə 640, N 12, maddə
755; 2002-ci il, N 1, maddə 49, N 5, maddələr 260, 275,
N 8, maddələr 478, 484,
486; 2003-cü il, N 6, maddə 299, N 8, maddə 434, N 9, maddə
478, N 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, N 1,
maddələr 19, 26, N 3, maddələr 138, 141, N 4, maddə
235, N 5, maddələr 340, 341, 343, 345, 346, N 8, maddələr
607, 608, N 11, maddə 909, N 12, maddə 1005; 2005-ci il, N 2, maddələr
67, 69, N 4, maddələr 299, 303, N 8, maddə 702,
N 9, maddələr 801, 802, N
12, maddə 1101; 2006-cı il, N 2, maddə 83, N 4, maddələr
321, 322, N 5, maddə 407, N 7, maddə 590, N 8, maddələr
662, 663, 674, 675, 679, N 9, maddə 743, N 11, maddələr 942,
945; 2007-ci il, N 1, maddə 11, N 2, maddə 87, N 3, maddə 230, N
7, maddə 715, N 8, maddələr 767, 769, N 11, maddələr
1110, 1116, 1120, N 12, maddə 1227; 2008-ci il, N 1, maddə 7, N 3,
maddə 186, N 6, maddələr 504, 507,
N 8, maddə 713; Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 12 sentyabr
tarixli 826 nömrəli Fərmanı) 3.26-cı bəndi
aşağıdakı redaksiyada verilsin:
"3.26. həmin Məcəllənin
196.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar
haqqında işlərə Azərbaycan Respublikasının
Dövlət Tikinti və Arxitektura Komitəsi,
196.0.3-196.0.6-cı maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi, 196.0.1-ci
maddəsində nəzərdə tutulmuş xüsusi
razılıq (lisenziya) olmadan I və II məsuliyyət səviyyəli
bina və qurğuların layihələndirilməsi ilə əlaqədar
inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi,
xüsusi razılıq (lisenziya) olmadan I və II məsuliyyət
səviyyəli bina və qurğuların mühəndis-axtarış
və tikinti-quraşdırma işlərinin aparılması
ilə əlaqədar inzibati xətalar haqqında işlərə
Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi baxır;".
3. Bu fərman dərc edildiyi
gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2008-ci il
Azərbaycan.-2008.-14 dekabr.-S.2.