Həyatının mənasını xalqa, Vətənə xidmətdə görən, milli maraqlara, mənafelərə daim sadiq olan Heydər Əliyev dühası gənc nəsil üçün ən böyük örnəkdir

 

AzərTAc xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ümummilli lider Heydər Əliyevin vəfatının beşinci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

Əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra dövlət himni səsləndirilmişdir.

Tədbirdə çıxış edənlər xalqımızın dahi oğlu Heydər Əliyevin həyat fəaliyyətindən, zəngin dövlətçilik təcrübəsindən, ümummilli liderin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasətindən söz açmış, hüquqi dövlət quruculuğu sahəsində gördüyü böyük işlərdən danışmışlar.

Heydər Əliyevin bəşəri duyğularla yaşadığını xüsusi vurğulayan natiqlər bildirmişlər ki, məhz ulu öndərin dövlətçilik siyasəti nəticəsində bu gün xalqımız müstəqil, demokratik hüquqi dövlətdə yaşamaq imkanı əldə etmişdir. Bildirilmişdir ki, həyatının mənasını xalqa, Vətənə xidmətdə görən, milli maraqlara, mənafelərə dəyərlərə daim sadiq olan Heydər Əliyev dühası bu gün gənc nəsil üçün ən böyük örnəkdir. Ona görə ulu öndərin əziz xatirəsi hər qarışında onun silinməz izi olan Azərbaycanda, eyni zamanda hər bir azərbaycanlının ürəyində yaşayır.

Ümummilli liderin adını daşıyan Akademiya onun yaratdığı şanlı ənənələri daim yaşadacaq amallarına sadiq qalacaqdır. Bu gün milli təhlükəsizlik orqanlarına dövlət səviyyəsində daim diqqət qayğı göstərilir. Milli Təhlükəsizlik Nazirliyi ümummilli lider Heydər Əliyevin parlaq amalları işığında Prezident İlham Əliyevin səriştəli idarəçiliyi, diqqət qayğısı hesabına mükəmməl inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Milli təhlükəsizlik orqanlarının şəxsi heyəti əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində, dövlət müstəqilliyimizin, sabitliyin, əmin-amanlığın qorunmasında həyata keçirilən tədbirlərdə yaxından iştirak etməklə bu uğurlu siyasəti daim dəstəkləyəcəkdir.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

 

Azərbaycan.-2008.-14 dekabr.-S.5.