İqtisadi yüksəliş mərhələsi

 

 

Azərbaycanda bütün sahələrdə həyata keçirilən irimiqyaslı islahatlar, reallaşan dövlət proqramları bugünkü uğurlarmızı şərtləndirmişdir. Ölkəmiz iqtisadi artim göstəricisinə görə dünyanın lider dövləti statusunu qoruyub saxlamaqdadır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasının yeni mərhələdə uğurla davam etdirilməsi ölkənin tərəqqisinə gətirib çıxarmışdır. Böyük uzaqgörənliklə gerçəkləşdirilən yeni neft strategiyası Azərbaycanın dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu göstərdi. Neft müqavilələrinin imzalanması ilə Azərbaycan Respublikası suveren hüquqlarının bərqərar olduğunu, tam müstəqil dövlətə çevrildiyini bütün dünyaya bəyan etdi. Əsrin ən böyük mühəndis qurğularından sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin işə düşməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması ilə iqtisadiyyatımız daha da sürətlə inkişaf etməyə başladı.

 

Ölkə rəhbərliyinin apardığı iqtisadi siyasətin prioritet istiqaməti neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəltmək bu sahənin yüksək səviyyəyə qaldırılmasını təmin etməkdir. Prezident İlham Əliyevin ötən beş il ərzində imzaladığı sosial-iqtisadi inkişaf proqramları bu sahədə yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Dövlət proqramında ölkənin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan torpaq ehtiyatlarının davamlı dayanıqlı istifadəsi ön plana çəkilmiş, özəlləşdirmə, işləməyən müəssisələrin fəaliyyətinin bərpası yeni yerlərinin açılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, regionlarda yaşayan vətəndaşların mənəvi ehtiyaclarının daha dolğun ödənilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması kimi mühüm məsələlər dayanmışdır. Aparılan kompleks tədbirlər sayəsində bölgələrin siması dəyişmiş, yeni sosial infrastrukturlar yaradılmış, əhalinin məşğulluğu təmin edilmiş, paytaxtla regionlar arasında inkişaf fərqi sürətlə aradan qaldırılmışdır.

İqtisadiyyatın keyfiyyətcə yeni mərhələsində özəl sektorun sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi rolu önə çəkilmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin möhkəmlənməsinə bütün şərait yaradılmışdır. Sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit sərait yaratmaq, daxili xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən isgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

Kiçik orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyisiklik əlavələr edilmiş, eyni zamanda "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli xarici sahibkarların təhlükəsiz xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə qorunmasına əsaslı zəmin formalaşdırmışdır. Sahibkarlığa Kömək Fondunun ölkədə sahibkarlığın inkişafına maliyyə vəsaiti ayırması, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin verilməsini təmin etməsi ən əsası adamlarının səmərəli biznes layihələrinin reallaşmasına göstərdiyi yardımlar deyilənləri bir daha təsdiq edir. Bu yaxınlarda sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə" prinsipinə uyğun təşkili ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər əlavələrin edilməsi bu kateqoriyadan olan vətəndaşların hərtərəfli biznes fəaliyyətləri üçün daha geniş imkanlar açmışdır.

Elmi əsaslara söykənən sosial-iqtisadi siyasət xətti bütün sahələrdə sürətli inkişafa səbəb olmuşdur. Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır.

Ölkəmizdəki yerli xarici sahibkarların etibarlı himayədarına çevrilmiş dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dövrünə qədəm qoymuşdur. Kiçik orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, adamlarının fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ölkəmizin bölgələrinin tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks sənəd olmaqla yanaşı, özəl sektorun sahibkarlığın inkişafına xidmət edir.

Prezident İlham Əliyev sahibkarlara süni maneələrin yaradılması hallarının yolverilməz oldugunu dönə-dönə bəyan edir, bu cür neqativ təzahürlərin dərhal aradan qaldırılması üçün qətiyyətli addımlar atır. Ötən dövr ərzində antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması digər tədbirlər bu istiqamətdə atılmış ciddi addımlardır. Ölkə rəhbərinin sahibkarlığın inkişafına hərtərəfli dəstəyi adamlarının daha səmərəli fəaliyyət göstərmələri üçün yeni imkanlar açır.

Azərbaycanda aparılan qabaqlayıcı iqtisadi tədbirlər sayəsində dünya maliyyə böhranından yan keçmək mümkün olmuşdur. İqtisadi imkanların artması vətəndaşların sosial durumunun adekvat yüksəlməsinə müsbət təsir göstərməkdədir. Son illər əmək pensiyalarının, müavinətlərin, təqaüdlərin artırılması dövlətin sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərdiyi diqqət qayğının bariz nümunəsidir. Ölkəmizdə işsizliyin yoxsulluğun aradan qaldırılması istiqamətində görülən ardıcıl tədbirlər öz bəhrəsini vermişdir. Son beş il ərzində 740 mindən artıq yeni yerinin açılması buna əyani misaldır. Prezident İlham Əliyev Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən konfransında bildirmişdir: "Müstəqillik əldə olunandan ölkəmiz dünya birliyinə inteqrasiya edəndən sonra Azərbaycanda müasir siyasi sistem formalaşıbdır. Ancaq bu sistem hələ daha da təkmilləşməlidir. Ölkədə aparılan iqtisadi islahatlar bizim iqtisadi gücümüzü əhəmiyyətli dərəcədə artırmışdır. Son dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından dünyada liderdir. Bizim iqtisadiyyatımız son beş il ərzində təxminən üç dəfə artıbdır. Büdcə xərcləri 12 dəfə, sənaye istehsalı böyük dərəcədə artıbdır. İmkanlarımız genişlənibdir. Yoxsulluqla mübarizədə böyük uğurlar əldə edilibdir. Dörd il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşüb əminəm ki, bu ilin yekunlarına görə daha da aşağı düşəcəkdir".

Azərbaycanda möhkəm təməl üzərində qurulmuş iqtisadi inkişaf strategiyası daha böyük uğurların əldə olunmasına yeni imkanlar açır. Cənubi Qafqazın iqtisadi-siyasi cəhətdən ən qüdrətli dövlətinə çevrilən Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artmaqdadır. İqtisadi inkişafın yüksək mərhələsini yaşayan ölkəmiz bütün problemlərini həll etmək gücündədir.

 

E.HACIALIYEV

 

Azərbaycan.-2008.-16 dekabr.-S.1.