Birləşdirici missiya

 

Azərbaycan hakimiyyəti bütün dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməyə çalışır. Xarici ölkələrdə yaşayan həmvətənlərimizlə, soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideloji-siyasi müstəvidə silahlandırmaq ümummilli mənafelər naminə səfərbər etmək dövlətin xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu sərbəst müdafiə etmək, tarixi vətən olan Azərbaycanla əlaqələrini genişləndirmək digər hüquqlarını müdafiə etməkdən ibarətdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi məsələsi ən aktual vəzifələrdən biri kimi qarşıda dururdu. Əlbəttə, bunun kifayət qədər ciddi səbəbləri mövcud idi. Birincisi, dünya azərbaycanlılarının təşkilatlanması müstəqil Azərbaycan dövlətinin sosial siyasi əsaslarının möhkəmləndirilməsi baxımından vacib idi. İkincisi, bu, müxtəlif yerlərdə məskunlaşmış həmvətənlərimizin Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə imkan yaradan amil kimi qiymətləndirilirdi. Nəhayət, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın vahid bir güc mərkəzi kimi özünütəsdiqinə dünyada cərəyan edən ictimai-siyasi proseslərə təsir imkanlarının artırılmasına əsas yaradırdı.

Bütün bunlara baxmayaraq, müstəqilliyin ilk illərində dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində, demək olar, heç bir görülmədi. Səbəb olduqca sadə idi - Azərbaycan dövlətinin özünün vəziyyəti onu idarə edənlərin naşı siyasəti, təfəkkürü belə bir ideyanı praktik surətdə həyata keçirmək səviyyəsində deyildi. Azərbaycanlıların təşkilatlanması məsələsi, ilk növbədə, ideoloji tarixi əhəmiyyət daşıyan bir problem idi. Bunu həll etmək üçün Azərbaycan dövlətinin ideya-siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu. Ümummilli lider Heydər Əliyev bu ideyanın həyata keçirilməsi prosesinə məhz həmin amilləri nəzərə almaqla başladı.

1993-cü ildən diaspor quruculuğu sahəsində pərakəndəliyə son qoymaq məqsədilə qətiyyətli addımlar atan ulu öndər Heydər Əliyev çoxsaylı xarici səfərləri zamanı irili-xırdalı Azərbaycan icmaları ilə görüşlər keçirmiş, onların problemləri, qayğıları ilə maraqlanmış, tövsiyələrini vermiş, xarici ölkələrdəki səfirliklərimizi birbaşa bu işə cəlb etmiş, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi mədəni həyatında real iştiraka dəvət etmişdir. Bu görüşlər dünya azərbaycanlılarının milli-mənəvi həmrəyliyi məsələsində son dərəcə ciddi önəm kəsb etmişdir. Ümummilli lider xaricdə diasporumuzun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini perspektivlərini bəyan etmişdir.

Xalqın milli-mənəvi birliyinin əlamətdar rəmzinə çevrilmiş 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi hər il yüksək səviyyədə qeyd olunması da məhz ulu öndərin tarixi xidmətləri ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin təşəbbü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il dekabrın 16-da "Dünya Azərbaycanlılarının həmrəylik birlik günü haqqında" qərar qəbul etməklə yenicə müstəqillik elan etmiş Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhfə vermişdir. Xalqımız, o cümlədən dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31- Milli Həmrəylik Gününü qeyd edirlər. Qədim tarixə malik Azərbaycan xalqı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş amal duyğularla bu bayramı keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır.

Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq mütəşəkkil qüvvə təşkil etmək səylərinə ciddi fikir verir.

2001-ci ilin ən yaddaqalan milli həmrəyliyin nümayişinin ən yüksək zirvələrindən biri noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23- imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət birliklərinin fəaliyyətinin gücləndirilməsi əlaqələndirilməsi üçün şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyevin "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərmanının da Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə qurulması baxımından müstəsna əhəmiyyəti vardır.

Ulu öndər Heydər Əliyevin diaspor quruculuğu siyasəti hazırda onun layiqli varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev hər zaman bildirmişdir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Cənab İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı diaspor nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlər bir daha təsdiqləyir ki, bu gün diasporların təşkilatlanması məsələlərinə xüsusi önəm verilir. Azərbaycan Respublikasının Milli Məclisində qəbul olunmuş "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsəd prinsiplərini, bu siyasətin həyata keçirilməsilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir.

Son illər respublikada həyata keçirilən əməli tədbirlər sayəsində xarici ölkələrdə yaşayan soydaşlarımızın xalqımızın, millətimizin ümumi mənafeyi naminə təmasları xeyli intensivləşmişdir. 2006- ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Dünya azərbaycanlılarının II qurultayının keçirilməsində məqsəd hesabat dövründə diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirməkdən, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi problemləri, yaşadıqları ölkələrin siyasətinə təsir imkanlarını öyrənməkdən, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrinin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmişdir.

 

S.ELMANOĞLU

 

Azərbaycan.-2008.-16 dekabr.-S.1-4.