Bəhreynin Kralı əlahəzrət Şeyx
Həməd Bin İsa Al Xəlifəyə
Əlahəzrət!
Ölkənizin milli
bayramı münasibətilə Sizi və Sizin simanızda
bütün xalqınızı səmimi qəlbdən təbrik
edirəm.
Əminəm ki, Azərbaycan-Bəhreyn
münasibətləri xalqlarımızın iradəsinə əsaslanaraq
bundan sonra da dostluq və əməkdaşlıq məcrasında
inkişaf edəcəkdir.
Bu xoş gündə Sizə
möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Bəhreyn xalqına əmin-amanlıq və
rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 dekabr 2008-ci il
Azərbaycan.-2008.-16 dekabr.-S.1.