“Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının
Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 3, maddə
139) 5.6-cı maddəsində “tələb” sözündən
sonra “hava və dəniz limanlarına, dəmiryol stansiyalarına ad verilməsi
və ya bu cür coğrafi
obyektlərin adlarının
dəyişdirilməsi,” sözləri
əlavə edilsin.
II.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 28 oktyabr 2008-ci il.
Azərbaycan.-2008.-16 dekabr.-S.2.