Üzümçülük
və şərabçılıq
haqqında Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
1.
Üzümçülük və şərabçılıq haqqında
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, ¹1, maddə 3; 2003-cü il,
¹1, maddə 15, ¹12, I kitab,
maddə 674; 2005-ci il,
¹4, maddə 278; 2007-ci il,
¹5, maddə 397, ¹10, maddə
938) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4-cü maddə
aşağıdakı redaksiyada
verilsin:
4.0. Üzümçülük
və şərabçılıq
sahəsində dövlət
siyasətinin istiqamətləri
aşağıdakılardır:
4.0.1. üzümçülük və şərabçılıq
sahələrinin inkişaf
etdirilməsi məqsədilə
elmi tədqiqatların
müasir tələblərə
uyğun aparılmasının
gücləndirilməsi;
4.0.2. informasiya və təcrübə mübadiləsinin
genişləndirilməsi;
4.0.3. beynəlxalq standartların
tələblərinə uyğun
məhsul istehsalına
təminat verən normativ hüquqi bazanın yaradılması;
4.0.4. kadrların hazırlanması
və təkmilləşdirilməsi,
elmi-təcrübi seminarların,
konfransların təşkili;
4.0.5. istehsal olunaraq istehlak bazarına çıxarılan və
ya ixrac olunan rəqabət qabiliyyətli üzüm və şərabçılıq
məhsullarının keyfiyyətinin
yüksəldilməsi üçün
yeni texnika və müasir texnologiyanın tətbiq edilməsi;
4.0.6. istehsal və ixracın artırılması,
daxili bazarın haqsız rəqabətdən
qorunması.;
1.2. 5.0.3-cü və 5.0.7-ci maddələr
aşağıdakı redaksiyada
verilsin:
5.0.3. Azərbaycan
Respublikası ərazisində
xəstəlik və zərərvericilərə qarşı
dözümlü üzüm
sortlarını yetişdirmək,
tinglik təsərrüfatlarını
inkişaf etdirmək,
rayonlaşdırılmış üzüm sortlarını
çoxaltmaq, habelə
coğrafi adlar verilən keyfiyyətli şərabçılıq məhsullarının
istehsalını stimullaşdırmaq
məqsədilə investisiya
qoymaq, subsidiyalar və uzunmüddətli kreditlər vermək;;
5.0.7. üzüm və şərabçılıq məhsullarının
keyfiyyətinə və
təhlükəsizliyinə dövlət nəzarətini
həyata keçirmək;;
1.3. 20.2-ci və
20.4-cü maddələr aşağıdakı
redaksiyada verilsin:
20.2. Şərabçılıq
məhsullarının idxalına
Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun
olaraq tarif kvotası tətbiq edilə bilər.;
20.4. Fiziki
şəxslər tərəfindən
öz istehlakı üçün şərabçılıq
məhsullarının idxalı
Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun
olaraq tənzimlənir.;
1.4. 27.4-cü maddə çıxarılsın.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 28 oktyabr 2008-ci il.
Azərbaycan.-2008.-16 dekabr.-S.2.