Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının
QanunvericilikToplusu, 2000-ci il, ¹1, maddə 17, ¹ 5, maddə 323, ¹
12, maddə 835; 2002-ci II, ¹ 5, maddə 236; 2003-cü il, ¹ 1, maddələr
2 3, 24, ¹6, maddə 279;
2004-cü il, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə
761; 2005-ci il, ¹ 4, maddələr 277, 278; 2006-cı II, ¹ 2, maddə
64, ¹ 12, maddə 1006; 2007-ci il, ¹1, mad-dələr 3, 4, ¹ 2, maddə
68, ¹ 5, maddə 439, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə
756; 2008-ci il, ¹6, maddə 462, ¹ 7, maddə 602)
aşağıdakı dəyişikliklər edilsin:
1.34-cü maddənin ikinci
cümləsində "rayon (şəhər) məhkəmələri
və ya" sözləri çıxarılsın;
2. 290-cı maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
"Seçki
(referendumda iştirak) hüquqlarının
müdafiəsinə dair
ərizələr apellyasiya instansiyası
məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi
ilə müəyyən edilmiş qaydada verilir".
II. Bu Qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2008-ci il
Azərbaycan.-2008.-16 dekabr.-S.2.