“Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa
dəyişikliklər və
əlavələr edilməsi
barədə” Azərbaycan
Respublikasının 2008-ci il
1 aprel tarixli 580-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikası Cinayət
Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000-ci il, № 4,
II kitab, maddə 251, №
5, maddə 323, № 12, maddə
835; 2001-ci il, № 1, maddə
24, № 7, maddə 455; 2002-ci il,
№ 1, maddə 9, № 5, maddələr
236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003-cü il,
№ 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab,
maddə 676; 2004-cü il,
№ 1, maddə 10, № 4, maddə
200, № 5, maddə 321, № 8, maddə
598, № 10, maddə 762, № 11, maddə
900; 2005-ci il, № 1, maddə
3, № 6, maddə 462, № 7, maddə
575, № 10, maddə 904, № 11, maddə
994; 2006-cı il, № 2, maddələr
71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr
560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr
1049, 1080, 1090, № 12, maddə 1221; 2008-ci il, № 6, maddələr 454,
461, № 7, maddə 602) 165.2-ci maddəsinin sanksiyasının
əvvəlinə “əmlakı
müsadirə olunmaqla”
sözləri əlavə
edilsin.
II. Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə
139, № 7, maddə 455, № 11, maddələr
680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə
326, № 8, maddə 463, № 12, maddə
692; 2003-cü il, № 1, maddələr
3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr
257, 276, 279, № 8, maddələr 407, 425, №
12, I kitab, maddələr
676, 696, II kitab, maddələr
713, 714; 2004-cü il, № 1, maddələr
6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204,
№ 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr
596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə
973; 2005-ci il, № 1, maddələr
5, 6, № 2, maddə 61, № 4, maddələr
272, 273, 275, 278, № 6, maddələr 462, 466,
№ 7, maddə 576, № 8, maddələr
691, 692, № 10, maddələr 875, 877, 904, №
11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64,
68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə
478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4,
№ 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr
935, 936, 938, 940, № 11, maddələr 1048,
1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr
1195, 1211, 1217, 1218; 2008-ci il, № 2, maddə 47, № 3, maddələr
146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr
454, 460, 461, 464, № 7, maddələr 601, 602,
605; Azərbaycan Respublikasının
2008-ci il 13 iyun tarixli 649-IIIQD nömrəli
və 24 iyun tarixli 658-IIIQD nömrəli
qanunları) aşağıdakı
əlavə və dəyişiklik edilsin:
1. 50-ci maddənin
sanksiyasının əvvəlinə
“pirat nüsxələr,
həmçinin pirat nüsxələrin surətinin
çıxarılması (istehsalı) üçün
istifadə edilmiş
material və avadanlıqlar
müsadirə edilməklə”
sözləri əlavə
edilsin;
2. 50-3-cü maddənin
sanksiyasında “kontrafakt”
sözü (hər iki halda) “pirat”
sözü ilə əvəz edilsin.
III. “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, № 12 maddə 740; 2002-ci il, № 12,
maddə 706; 2003-cü il,
№ 1, maddə 23, № 8, maddə
428, № 12, I kitab, maddələr
676, 698; 2005-ci il, № 1, maddə
1, № 6, maddə 462, № 8, maddə
684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006-cı il,
№ 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr
1015, 1029; 2007-ci il, № 2, maddə
80, № 12, maddə 1203; 2008-ci il, № 3, maddə 158) aşağıdakı əlavələr
edilsin:
1. 2.0.6-cı maddədə,
habelə 18-ci və 19-cu maddələrin adlarında “obyektlərinin”
sözündən sonra “, əsərin, əlaqəli
hüquqlar obyektinin” sözləri əlavə edilsin;
2. aşağıdakı
məzmunda 18.62-1-ci maddə əlavə edilsin:
“18.62-1. Müəlliflik
hüququ və əlaqəli hüquqlar sahəsində:
18.62-1.1. əsərin, əlaqəli
hüquqlar obyektinin qeydiyyatı üçün - 5 manat;
18.62-1.2. əsərin, əlaqəli
hüquqlar obyektindən istifadə ilə bağlı
hüquqların (əmlak hüquqlarının) tam və ya
qismən verilməsi haqqında müqavilənin qeydiyyatı
üçün - 7 manat.”.
IV. “İnteqral sxem
topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 655; 2008-ci il, № 7, maddə
602) 13.2-ci maddəsində “kontrafakt” sözü “pirat”
sözü ilə əvəz edilsin.
V. “Məlumat
toplularının hüquqi qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə
885; 2006-cı il, № 12, maddə 1005) aşağıdakı dəyişikliklər
edilsin:
1. 5.3-cü, 5.4-cü və
5.5-ci maddələrdə “50” rəqəmi “70” rəqəmi ilə
əvəz edilsin;
2. 14-cü maddənin
adında və mətnində “kontrafakt” sözü “pirat”
sözü ilə əvəz edilsin.
VI. Bu Qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
28 oktyabr 2008-ci il.
Azərbaycan.-2008.-16 dekabr.-S.2.