Coğrafi obyektlərin adları haqqındaAzərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədəAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Coğrafi obyektlərin adları haqqındaAzərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədəAzərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

 

1.1. qüvvədə olan qanunvericilik aktlarınınCoğrafi obyektlərin adları haqqındaAzərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.3. öz səlahiyyətləri daxilindəCoğrafi obyektlərin adları haqqındaAzərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədəAzərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 10 dekabr 2008-ci il.

 

Azərbaycan.-2008.-16 dekabr.-S.2.