“Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa
dəyişikliklər və
əlavələr edilməsi
barədə” Azərbaycan
Respublikasının 2008-ci il
1 aprel tarixli 580-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının
2008-ci il 28 oktyabr tarixli 708-IIIQD nömrəli
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
“Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının
2008-ci il 1 aprel tarixli 580-IIIQD nömrəli Qanununun tətbiqi
ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2008-ci il 28 oktyabr tarixli 708-IIIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 580-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 708-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
10 dekabr 2008-ci il.
Azərbaycan.-2008.-16 dekabr.-S.2.