Belçika Krallığının
səfiri etimadnaməsinin
surətini Azərbaycanın
Xarici İşlər
Nazirliyinə təqdim
etmişdir
Xarici İşlər Nazirliyinin
mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər
ki, dekabrın 15-də
nazir Elmar Məmmədyarov Belçika
Krallığının Azərbaycana
yeni təyin olunmuş səfiri Filip Jotard ilə
görüşmüşdür.
Etimadnaməsinin surətini nazirə təqdim edən səfir, Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə ölkələr,
o cümlədən Azərbaycan-Avropa
İttifaqı arasındakı
münasibətlərin daha
da inkişaf və genişlənməsinə
xidmət edəcəyini
söyləmişdir.
Nazir E.Məmmədyarov F.Jotardı
Azərbaycana səfir
təyin edilməsi münasibətilə ürəkdən
təbrik etmiş və ölkələr arasındakı əlaqələrin
yüksək səviyyədə
olmasından məmnunluğunu
bildirmişdir.
Görüşdə ikitərəfli münasibətlər
və bir sıra maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-2008.-16
dekabr.-S.4.