Dağlıq Qarabağ münaqişəsinin həlli
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
mümkündür
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, nazir Elmar Məmmədyarov dekabrın 15-də səlahiyyət
müddətinin başa çatması ilə əlaqədar
Macarıstanın ölkəmizdəki səfiri İştvan
Szabon və bu ölkənin Azərbaycana yeni təyin
olunmuş səfiri Jeno Boros ilə
görüşmüşdür.
Tərəflər ikitərəfli münasibətlərin inkişaf dinamikasından məmnun qaldıqlarını bildirmiş, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulamışlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə toxunan nazir E.Məmmədyarov münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü demişdir.
Səfir J.Boros etimadnaməsinin surətlərini nazirə təqdim edərək, ikitərəfli münasibətlərin gələcəkdə inkişafı ilə bağlı əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə enerji
sahəsində və
beynəlxalq əməkdaşlıq,
həmçinin qarşılıqlı
maraq doğuran digər məsələlər
barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-2008.-16 dekabr.-S.4.