Xaricdə yaşayan həmvətənlərimiz bu gün Bakıda toplaşır

 

Müasir dövrdə hər bir dövlətin dünya ölkələri sırasında öz mövqeyini gücləndirməsi, beynəlxalq aləmə sıx inteqrasiyası, nüfuzlu təşkilatlarla əməkdaşlığı daha da genişləndirməsi üçün təbliğat-təşviqat işini həyata keçirən əsas mexanizmlərdən biri - diaspor təşkilatlarının əlaqələndirilmiş fəaliyyəti mühüm əhəmiyyətə malikdir.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş diaspor təşkilatlarının əlaqələndirilmiş uğurlu fəaliyyət strategiyasının reallaşdırılması işi bu gün özünü Azərbaycanın dünyada öz mövqeyini gücləndirilməsində təcəssüm etdirir. Diaspor təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsinə xüsusi önəm verən ulu öndərin təşəbbüsü ilə 2001-ci il 9-10 noyabrında Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı ölkəmizin diaspor təşkilatlarının işinin gücləndirilməsi, fəaliyyətlərinin əlaqələndirilməsi, eyni zamanda haqq səsimizin dünyaya çatdırılması işində yeni mərhələnin başlanğıcı oldu. Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndərimizin təşəbbüsü ilə yaradılmış Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası diaspor təşkilatlarının, dünya azərbaycanlılarının fəaliyyətlərinin gücləndirilməsi üçün ümummili lider Heydər Əliyevin müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsi istiqamətində bir sıra mühüm işlər görmüşdür.

Ulu öndərin ideyalarının həyata keçirilməsi istiqamətində bu gün uğurla fəaliyyət göstərən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının əsas məqsədi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətlərinin əlaqələndirilməsi, habelə dünya azərbaycanlılarının təşkilatlandırılması prosesinə təkan verməkdən, milli-mədəni dəyərlərimizin təbliği istiqamətində çalışmaqdan ibarətdir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının fəaliyyətini daim diqqət mərkəzində saxlayır, onun işinin daha da gücləndirilməsinə qayğı göstərir. 2006-cı il mart ayının 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının tərkibi yenidən seçildi. Qurultayda qərara alındı ki, mütəmadi olaraq Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantıları keçirilsin.

Dekabrın 17-20-də Bakıda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası üzvlərinin iştirakı ilə "Azərbaycan - Şərqin dünyaya açılan qapısı" adı altında silsilə tədbirlər keçiriləcək. Proqrama dekabrin 18-də Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının iclasının keçirilməsi daxildir. İclasda Dünya Azərbaycanlılarının II Qurultayından keçən dövr ərzində görülmüş işlərə yekun vurulacaqdır. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil olunacaq tədbirdə Dünya Azərbaycanlılarının II Qurultayının Qətnaməsinə uyğun olaraq, qurultaydan keçən dövr ərzində görülmüş işlərlə bağlı müzakirələr aparılacaq, bundan sonrakı mərhələdə qarşıda duran vəzifələr müəyyənləşdiriləcəkdir.

Tədbir çərçivəsində "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası"nın layihəsi müzakirə ediləcək, Azərbaycan həqiqətlərinin təbliği, lobbi quruculuğu, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyası, ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin olunması ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır. Diasporla İş Üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası üzərində işi başa çatdırmaq üzrədir. Hazırlanması üçün 20-dək alimin cəlb olunduğu sənədin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyi Azərbaycan dövlətçiliyi xalqının mənafeyini əks etdirən prinsiplər ətrafında formalaşdıran, diasporumuzun qarşısında duran tarixi vəzifələri özündə əks etdirən, azərbaycançılıq ideologiyasına əsaslanan vahid konsepsiyanı hazırlamaqdır. Xartiya eyni zamanda soydaşlarımızın məskunlaşdıqları ölkələrdə əsas hüquq azadlıqlarının yerli qanunvericilik, xüsusilə beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsinin prinsip mexanizmlərini müəyyənləşdirəcək. Azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi, cəmiyyətə inteqrasiya prosesində qarşıya çıxan problemlərin aradan qaldırılması, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması təbliği metodologiyasını müəyyən etmək Xartiyanın məqsədləri sırasına daxildir.

Həmrəylik Xartiyası xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dövlətçiliyi tarixi Vətənin milli maraqları ətrafında daha sıx birliyinə nail olunmasını, diasporumuzun digər xalqların diasporları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsini, gələcəkdə güclü Azərbaycan lobbisinin formalaşdırılması üçün real zəminin hazırlanmasını tənzimləyəcək. Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında xarici ölkələrdəki Azərbaycan diasporunun ayrı-ayrı regionlar üzrə fəaliyyətinin əsas istiqamətləri əksini tapacaq. Tövsiyə xarakteri daşıyan bu sənəd soydaşlarımızda vətənpərvərlik milli təəssübkeşlik hisslərinin daha da yüksəldilməsini nəzərdə tutur. Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında Azərbaycan xalqının etnogenezi, milli özünüdərk prosesi, tarixi, özünəməxsus mental xüsusiyyətləri, milli-mənəvi dəyərləri, müasir inkişaf səviyyəsi, nailiyyətləri perspektivdəki məsələlər nəzərdə tutulur.

Sənədin 3 fəslindən biri "Azərbaycan" "Azərbaycanlılar" anlayışının etno-sosial-fəlsəfi-coğrafi məzmunu barədə elmi-ideoloji əsasları, digəri azərbaycanlıların tarixi Vətən qarşısında borcu bu hissdən irəli gələn vəzifələri ilə bağlı müddəalar, sonuncu fəsli isə azərbaycanlıların cəmiyyətə inteqrasiyası, hüquq azadlıqlarının qorunması, digər xalqların diasporları ilə əməkdaşlıq perspektivləri ilə bağlı muddəalar, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı ermənilərin törətdiyi terror soyqırımı aktları, saxta "erməni soyqırımı" iddialarının iflası digər məsələlərlə bağlı xarici ölkələrdə yaşayan soydaşlarımızın üzərinə düşən vəzifələr üzrə qruplaşdırılıb. Xartiyadakı məqsəd vəzifələrin həyata keçirilməsinin konkret mexanizmləri sənəddə öz əksini tapıb.

Diasporla İş Üzrə Dövlət Komitəsinin rəsmisi Elşad Miraləm bildirdi ki, Xartiyanın qəbulu xarici ölkələrdə yaşayan azərbaycanlıların, həmçinin Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin daha praqmatik şəkildə qurulmasına imkan verəcək, konkret məqsədləri, vəzifələri prinsipləri müəyyənləşdirəcəkdir. Elşad Miraləm artıq dünya azərbaycanlılarının təşkilatlanması prosesinin başa çatdığını bidirdi: "Biz daha çox xaricdə yaşayan azərbaycanlı ziyalıların bu prosesə cəlb edilməsinə diqqət yetiririk. Eyni zamanda Azərbaycan diasporunun fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olmaq məsələlərinə xüsusi önəm verməliyik".

Hazırda diaspor təşkilatlarının qarşısında bir sıra mühüm vəzifələr durur. Bu, ilk növbədə azərbaycanlıların ictimai-siyasi həyatda daha çox aktivliyi, həmçinin Azərbaycan həqiqətlərinin təbliğində yeni informasiya texnologiyalarının tətbiqi vəzifələrindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı il martın 16-da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının II qurultayında dövlət başçısı Azərbaycan diasporu qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur. Qurultayda Prezident İlham Əliyev Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sədri seçilmişdir. Ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının təşkilatlanması ideyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin diaspor təşkilatları qarşısında müəyyənləşdirdiyi əsas vəzifələrdən biri Azərbaycan həqiqətlərinin təbliğində daha aktiv iştirak məsələsidir.

Dövlət başçısı Dünya Azərbaycanlılarının II Qurultayında bildirmişdir: "Hər bir azərbaycanlı öz imkanlarından, potensialından istifadə edərək Azərbaycan haqda həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışmalıdır. İkinci mühüm vəzifə - dünya azərbaycanlılarının cəmiyyətə inteqrasiyasına nail olmaq işi qarşıda duran əsas vəzifələrdəndir".

Dekabrın 17-20- keçiriləcək toplantıda diaspor sahəsində ötən dövr ərzində görülmüş işlərə yekun vurulacaq, eyni zamanda azərbaycanlıların hələ təşkilatlanmadığı ölkələrdə yeni icma birliklərin yaradılması istiqamətində mühüm işlər görüləcək, qarşıdakı dövrdə Azərbaycanın diaspor təşkilatlarının qarşısında duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılacaqdır.

 

Anar TAĞIYEV

 

Azərbaycan.-2008.-17 dekabr.-S.4.