Qubada investisiya konfransı keçirilib

 

Azərbaycan İnvestisiya Şirkəti ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi Sektorlararası Rəqabətə Dəstək Proqramı ilə birlikdə Qubada investisiya konfransı keçirib.

Konfransda 20-dən çox şirkətin nümayəndəsi iştirak edib. Tədbirdə eyni zamanda AİŞ, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti, USAID, PSCEP, Beynəlxalq Maliyyə Korporasiyası və "Dəvəçi Broyler" tərəfindən təqdimatlar nümayiş olunub.

Şirkətdən alınan məlumata görə, gələn il də AİŞ, USAID-in icraçı tərəfdaşı olan "Chemonics International" ilə birlikdə ölkəmizin digər bölgələrində də belə konfransların keçirilməsi nəzərdə tutulur.

 

Azərbaycan.-2008.-17 dekabr.-S.7.