Qətər Dövlətinin Əmiri əlahəzrət Şeyx Həməd bin Xəlifə al Taniyə

 

Əlahəzrət!

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Bu gün ölkələrimiz arasındakı münasibətlər yeni məzmunla zənginləşməkdədir. Əminəm ki, Azərbaycan-Qətər dostluğu əməkdaşlığının daim inkişafı genişlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına əmin-amanlıq tərəqqi arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 dekabr 2008-ci il

 

Azərbaycan.-2008.-18 dekabr.-S.1.