Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri və əziz qardaşım!
Hörmət bəslədiyim ölkənizdə bu yaxınlarda keçirilmiş seçkilər zamanı möhtəşəm qələbəniz barədə aldığım xəbərdən son dərəcə məmnun oldum. Qambiya Respublikasının hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizin seçkilərdə yeni qələbəsi vətəndaşlarınızın uzaqgörən və müdrik rəhbərlik keyfiyyətlərinizə göstərdiyi etimadın və bundan duyduğu qürurun bariz nümunəsidir. Bu isə, öz növbəsində, məndə ölkələrimizin xalqları arasında qarşılıqlı faydalı əməkdaşlıq və möhkəm dostluq əlaqələrini birlikdə quracağımıza inam yaratdı.
Qüdrətli Allah-Taaladan diləyirik ki, Sizə və Azərbaycan Respublikasının xalqına rifah, sülh və daha böyük uğurlar bəxş etsin.
Sizi ölkələrimiz arasındakı səmərəli əməkdaşlığın və sıx dostluq əlaqələrinin möhkəmləndirilməsinə tam sadiq olduğuma əmin edir, ali vəzifənizdə Sizə böyük uğurlar arzulayıram.
Zati-aliləri və əziz qardaşım, ən yüksək hörmətimi və qardaşlıq ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Professor, hacı Yəhya
CAMMEH,
Qambiya Respublikasının
Prezidenti
24 noyabr 2008-ci il
Azərbaycan.-2008.-18 dekabr.-S.1.