Bakıda Davos forumunun
regional sammiti keçirilə
bilər
AzərTAc xəbər
verir ki, Davos Dünya İqtisadi Forumunun icraçı direktoru Borge Brend dekabrın
16-da Azərbaycanın Baş
naziri Artur Rasizadə ilə görüşündə demişdir
ki, qurumun regional sammiti Bakıda keçirilə bilər. B.Brend qeyd etmişdir ki, Bakı da
Almatı ilə yanaşı, 2009-cu ildə
belə bir sammitin keçirilməsinə
namizəddir. Azərbaycanın regionda liderlik rolu, iqtisadi sahədə böyük uğurları belə bir nüfuzlu sammitin Bakıda keçirilməsi haqqında
qərarın qəbul
edilməsi üçün
əsas amil kimi götürülə
bilər.
Xatırladaq ki, axırıncı
regional sammit bu ilin oktyabr ayında
İstanbulda keçirilmişdir.
Baş nazir A.Rasizadə dünya biznes elitası nümayəndələrinin
qatıldığı sammitin
Bakıda keçirilməsində
Azərbaycan tərəfinin
maraqlı olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq
doğuran məsələlər,
xüsusən qlobal maliyyə böhranı ilə əlaqədar müxtəlif ölkələrdə
görülən tədbirlər
barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-2008.-18 dekabr.-S.2.