"Baku" jurnalı "İlin cildi" beynəlxalq müsabiqəsində mükafata
layiq görülmüşdür
"Baku"
jurnalının redaksiyasından AzərTAc-ın xüsusi
müxbirinə bildirmişlər ki, bu jurnal mətbu nəşrlər
arasında "İlin cildi" beynəlxalq müsabiqəsində
"İlin premyerası" nominasiyasında mükafata layiq
görülmüşdür. Jurnalın redaksiyasının
nümayəndələrinə xatirə heykəlciyi təqdim
edilmişdir.
Bu müsabiqə Rusiyada
ilk dəfə 2000-ci ildə YUNESKO strukturlarından birinin dəstəyi
ilə keçirilmişdir. Hazırda müsabiqəyə RF Mədəniyyət
və Kütləvi Kommunikasiyalar Nazirliyi də himayədarlıq
edir. İndiki müsabiqə "İctimai-siyasi və
işgüzar nəşrlər", "Qadın
dünyası: ailə, moda, gözəllik, hobbi",
"Kişilər və onların maraq dairəsi", "Əyləncəli
öyrəncəli nəşrlər", "Arxitektura,
dizayn, daşınmaz əmlak, landşaft", "Fəal
istirahət, səyahətlər və idman", "Gənclik
nəşrləri", "Uşaq nəşrləri",
"Xüsusi nəşrlər", "Qəzet nəşrləri",
"Ən yaxşı veb-sayt" nominasiyaları üzrə
keçirilmişdir. Müsabiqə çərçivəsində
xüsusi nominasiyalar üzrə də mükafatlar təqdim
edilir: "İlin premyerası", "Yubiley",
"Lüks üslubunda həyat", "B2B", habelə
"Biznesdə xarizma", "İlin hadisəsi",
"Üz qabığında ulduz", "İlin kəşfi",
"Biznes-ledi", "Oxuyan cild" və s.
Bu il səsvermə
internet vasitəsi ilə
aparılmışdır. Nəşrlərin cildləri dövlət strukturlarının, aparıcı
reklamverənlərin, elektron
KİV-lərin nümayəndələrindən,
həmçinin tanınmış
fotoqraflar, dizaynerlər
və rəssamlardan ibarət beynəlxalq münsiflər heyətinə
təqdim edilmişdir.
Xatırladaq ki, "
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2008.-18 dekabr.-S.2.