OPEK-in növbəti toplantısında Azərbaycan nümayəndə heyəti iştirak edir

 

AzərTAc xəbər verir ki, dekabrın 17-də Əlcəzairdə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) üzvlərinin neft istehsal edən digər dövlətlərin nümayəndələrinin geniş tərkibdə iclası işə başlamışdır.

Azərbaycanı bu iclasda müşahidəçi qismində sənaye energetika naziri Natiq Əliyevin başçılığı ilə nümayəndə heyəti təmsil edir.

İclasda OPEK üzvləri xam neft ixracının azaldılmasına dair müzakirələr aparırlar.

OPEK-in sədri Əlcəzairin enerji mədən sənayesi naziri Şəkib Xəlil jurnalistlərə açıqlamasında üzv ölkələrin energetika nazirlərinin xam neft hasilatını azaltmaq barədə razılıq əldə etdiklərini bildirmişdir. Nazir demişdir ki, OPEK üzvləri gündəlik hasilatı daha 500 min barel azalda bilərlər. Bununla üzv dövlətlər neftin qiymətini 75 dollaradək qaldırmağı nəzərdə tuturlar.

Xatırladaq ki, dünya neft yataqlarının 60 faizi, istehsalın isə 40 faizi OPEK-in payına düşür. Noyabrın 3-dən etibarən OPEK gündəlik neft hasilatının həcmini 1,5 milyon barel azaltmışdır.

 

Azərbaycan.-2008.-18 dekabr.-S.2.