Böyük Britaniya parlamentində İngiltərə-Azərbaycan Cəmiyyətinin illik yekun toplantısı keçirilmişdir

 

Azərbaycanın Londondakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, dekabrın 15-də Böyük Britaniya parlamentində İngiltərə-Azərbaycan Cəmiyyətinin illik yekun toplantısı keçirilmişdir. 2008-ci ilin yekunlarına həsr edilmiş toplantıda növbəti 2009-cu ildə həyata keçiriləcək məsələlər ətrafında müzakirələr aparılmışdır.

Cəmiyyətin sədri Lord Freyzer tədbirdə çıxış edərək il ərzində rəhbərlik etdiyi cəmiyyətin həyata keçirdiyi layihə tədbirlərin yekunu barədə danışmış, layihələrin sponsorlarına təşəkkürünü bildirmişdir. O, tədbir layihələrin uğurla həyata keçirildiyini vurğulamış növbəti il üçün nəzərdə tutulan layihələr haqqında məlumat vermişdir.

Sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri F.Qurbanov çıxış edərək cari ildə ölkəmizdə baş vermiş əsas hadisələrə toxunmuş, eləcə iki ölkə arasında əlaqələrin inkişafı haqqında ətraflı məlumat vermişdir. Səfir ölkəmizdə keçirilən prezident seçkilərini ilin ən mühim siyasi hadisəsi olduğunu diqqətə çatdırmışdır. Daha sonra ümumi məsələlər Azərbaycanda baş verən siyasi-iqtisadi proseslər barədə bəhs edən səfir, İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə xüsusi töhfə verdiyini vurğulamışdır.

Cəmiyyətin İcraiyyə Komitəsinin üzvü layihələr üzrə direktoru Con Uiddon bu il Azərbaycanda bir sıra kimsəsiz əlil uşaq evlərində humanitar sosial layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

Yığıncağın sonunda gələn il üçün yeni fəaliyyət proqramı təsdiq edilmişdir.

 

Azərbaycan.-2008.-18 dekabr.-S.2.