Bakıda keçirilən regional konfrans dənizin çirkləndirilməsinin qarşısının alınmasına elmi-nəzəri praktiki stimul olacaq

 

Dekabrın 15-dən 17-dək "Hyyat-Regency" mehmanxanasında Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Beynəlxalq Dəniz Təşkilatı ilə birgə keçirdiyi "Dənizin çirkləndlirilməsinin qarşısının alınması, təmiz, şəffaf saf şəkildə gələcək nəsillərə çatdırılması" mövzusunda regional konfransda London Konvensiyasının, həmçinin bu sahəyə aid digər mühüm normativ sənədlərin tələblərindən irəli gələn vəzifələr müzakirə olunmuşdur.

Tədbirdə Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi daxili xarici siyasətin nəticələrindən, davamlı iqtisadi inkişaf, respublikada əldə edilən digər diqqətəlayiq əlaqələr kontekstində Xəzərin ekoloji problemlərinin həlli ilə bağlı görülən işlərdən söz açmışdır.

Beynəlxalq Dəniz Təşkilatı ekspertlərinin, Xəzər Qara dəniz sahili dövlətlərinin, o sıradan respublikamızın müvafiq strukturlarının nümayəndələrinin məruzə çıxışlarında Bakı konfransının xüsusi önəm daşıdığı vurğulanmış, dəniz sahilyanı ətraf mühitin qorunması üçün əməkdaşlığın daha da gücləndirilməsi zəruriliyindən danışılmışdır.

Konfransda dənizin çirkləndirilməsinin qarşısının alınmasına dair bir sıra səmərəli təkliflər irəli sürülmüş, Beynəlxalq Dəniz Təşkilatı ilə birgə reallaşdırılacaq əməli tədbirlərin genişləndirilməsi qərara alınmışdır.

 

Azərbaycan.-2008.-18 dekabr.-S.6.