Azərbaycan qlobal maliyyə böhranına davam gətirməyə hazırdır

 

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin dinamik inkişaf səviyyəsinə görə hələ də dünyada lider olması ilə nəticələnməkdədir. Məhz bu siyasət sayəsində Azərbaycan qısa müddət ərzində çox böyük iqtisadi nailiyyətlərə imza atıb. İqtisadiyyatın bütün sahələri yenidən dirçəldilib, vətəndaşların sosial rifah halı yüksəlib. Ölkəni daha böyük yüksəlişlərə aparan sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dünyanı bürüyən qlobal maliyyə böhranından da Azərbaycanın hər hansı ciddi zərər görmədən çıxmasına imkan verir.

 

Azərbaycan 2009-cu ili də arxayınçılıqla başa vuracaq

 

Azərbaycanın bir çox xarici dövlətlərlə, hətta inkişaf etmiş qabaqcıl ölkələrlə müqayisədə qlobal iqtisadi böhrana yaxşı hazırlaşdığı nüfuzlu beynəlxalq qurumlar tərəfindən etiraf olunmaqdadır. Elə bu səbəbdəndir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanda səfərdə olan missiyasının rəhbəri, fondun Yaxın Şərq Mərkəzi Asiya departamentinin direktor müavini Valeriya Fikera ölkənin qlobal maliyyə böhranı fonunda 2009-cu ili arxayınçılıqla başa vuracağını bu böhranın yarada biləcəyi çətinliklərə hazır olduğunu qeyd edir. Bundan əvvəl Dünya Bankının Bakı ofisinin rəhbəri Qreqori Yedjeyçak da keçid iqtisadiyyatına malik digər ölkələrlə müqayisədə Azərbaycanın qlobal maliyyə böhranına daha yaxşı hazır olduğunu bildirib.

Beynəlxalq Valyuta Fondunun nümayəndəsinin ölkəmizə səfərində əsas məqsəd isə cari il üçün nəzərdə tutulan dövlət büdcəsinin icrası 2009-cu il dövlət büdcəsini qiymətləndirmək olub. Valeriya Fikeranın sözlərinə görə, hökumət 2009-cu ilin dövlət büdcəsini tərtib edərkən çox ehtiyatlı davranıb: "Biz bu büdcəni sabit qiymətləndiririk hesab edirik ki, Azərbaycan 2009-cu ili arxayınçılıqla başa vuracaq." Valeriya Fikera onu da xüsusi olaraq qeyd edir ki, Beynəlxalq Valyuta Fondunun gəldiyi nəticəyə görə Azərbaycan 2008-ci ilin dövlət büdcəsini qənaətbəxş həyata keçirib: "Hazırda Azərbaycanda müşahidə olunan iqtisadi vəziyyət qənaətbəxşdir." Dünya bazarlarında neftin qiymətinin tez-tez enib qalxmasına rəğmən Azərbaycanın gələn ilin dövlət büdcəsində bu məhsulun bir barelinin qiymətinin 70 dollardan götürülməsi Beynəlxalq Valyuta Fondu tərəfindən məqbul qarşılanır: "2009-cu ilin dövlət büdcəsi tutularkən neftin qiyməti dünya bazarında yüksək olub qiymətlər düşməkdə davam etsə, gələn ilin birinci rübündə bu rəqəmə bir daha baxıla bilər. Bundan başqa, hökumət Neft Fondundan sabitləşmə fondu kimi istifadə etməyi planlaşdırıb. Düşünürəm ki, dünya bazarında neftin qiyməti 40 dollardan aşağı düşməsə, ölkə büdcəsi üçün risk olmayacaq. Bu da büdcədə kəsirin yaranmayacağı deməkdir. Yox, qiymətlər bir barel üçün 40 dollar həddindən aşağı düşsə bu 2-3 il davam etsə, onda hökumət büdcə siyasətinə yenidən baxmalıdır. Amma buna baxmayaraq, hazırkı qiymətlər dövlət büdcəsinin icrasına heç bir təhlükə yaratmır." Valeriya Fikera Dövlət Neft Fondundan büdcəyə vəsait köçürməklə bağlı həyata keçirilən siyasəti normal qiymətləndirir: "Ötən il Neft Fondunun aktivləri neftin qiymətinin artması hesabına proqnozlaşdırıldığından çox olub 2009-cu ilin əvvəlinə 10 milyard dollar təşkil etməlidir. Deməli, onlardan gələn il istifadə oluna bilər."

 

Gələn ilin dövlət büdcəsi yaxşı düşünülmüş şəkildə tərtib olunub

 

Beynəlxalq Valyuta Fondunun ekspertləri hesab edir ki, Azərbaycan gələn ilin dövlət büdcəsini düşünülmüş şəkildə tərtib edib. Bu fakt Valeriya Fikera tərəfindən təsdiq olunur: "Büdcə soyuq başla tərtib olunub. Büdcənin xərclər artım hissəsi şişirdilməyib bu, yaxşı hal kimi dəyərləndirilməlidir. Biz 2009-cu ilin büdcəsini sabit büdcə hesab edir ölkənin gələn il mümkün ola biləcək maliyyə çətinliklərinə hazır olduğunu bildiririk."

Beynəlxalq Valyuta Fondunun missiyası maliyyə böhranının Azərbaycana edə biləcəyi təsiri tədqiq etməyə çalışıb. Bu tədqiqatların nəticəsi olaraq yekun sənəd hazırlanıb həmin sənədin bir neçə gündən sonra dərc olunacağı bildirilir. Valeriya Fikeranın sözlərinə görə, həmin sənəddə bir daha Azərbaycan tərəfinin büdcə ilə bağlı 2008-ci ildə gördüyü 2009-cu il üçün nəzərdə tutulan büdcə müsbət qiymətləndirilir.

 

Azərbaycan iqtisadiyyatın ümumi inkişaf tempinə görə yenə lider olacaqdır

 

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, növbəti il ərzində Azərbaycan iqtisadiyyatının ümumi inkişaf tempi 12 faiz olacaq. Müqayisə üçün qeyd edək ki, fond gələn il Ukraynada iqtisadi inkişafın 5 faiz geriləyəcəyini proqnozlaşdırır. Rusiyada isə iqtisadiyyatın artım tempi cəmi 2,4 faiz təşkil edəcək. Bu mənada fondun gələn il üçün Azərbaycanda iqtisadiyyatın ümumi inkişaf tempinin 12 faiz olaraq göstərməsi ölkəmizin bu sahədə yenə MDB- lider mövqedə olacağını təsdiqləyir.

Fond belə hesab edir ki, növbəti il ərzində qeyri-neft sektorunda artım tempi 6 faiz olacaq. Valeriya Fikera qeyri-neft sektorunda nəyin hesabına 6 faizlik artım olacağını isə belə izah edib: "Fond kənd təsərrüfatı kənd təsərrüfatı məhsullarının emalı sahələrinin inkişafı, həmçinin ictimai işlərin artmasına ümid edir."

Fondun missiyası gələn ilin iyununda yenidən Azərbaycana gələcək bu zaman inflyasiya ilə bağlı göstəricilərə müəyyən dəyişikliklərin ediləcəyi istisna olunmur. Azərbaycan hökumətinin isə gələn il göstərilən sahələr üzrə proqnozları BVF-dən fərqlidir. Həmin proqnozlara əsasən, gələn il qeyri-neft sektorunda 10,5 faizlik inkişaf qeydə alınacaq. Ümumi daxili məhsulun artımında isə 12 yox, 18,9 faizlik artım olacaq. İnflyasiya göstəricisinin isə 13 faizə çatacağı proqnozlaşdırılır.

 

Milli Bank pul-kredit siyasəti çərçivəsində düzgün qərarlar qəbul edib

 

BVF-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kobo Qvenitadzenin sözlərinə görə, fondun missiyası Azərbaycanın bank sektorundakı vəziyyətlə maraqlanıb. Azərbaycan Milli Bankının bu istiqamətdə həyata keçirdiyi pul-kredit siyasəti təqdirəlayiq qiymətləndirilib. Valeriya Fikera bununla bağlı qeyd edir: "Ölkənin bank sektorunda ümumi vəziyyət diqqətdən keçirildi. Azərbaycanın bank sektorundakı vəziyyəti araşdırdıqdan sonra buradakı durumun dayanıqlı olduğu qənaətinə gəldik. Milli Bankın pul-kredit siyasəti çərçivəsində qəbul etdiyi son qərarlar düzgündür. Əgər bu addımlar atılmasa idi, Azərbaycan iqtisadiyyatı ciddi şəkildə zərər görə bilərdi. Mərkəzi Bank bundan sonra da zəruri addımlar atmağa hazırdır.

Bununla yanaşı, biz bank sektorunda ciddi kapital axını qeydə almadıq. Milli Bankın həyata keçirdiyi pul-kredit siyasəti isə banklarda likvidlik probleminin həllinə səbəb olub. Biz Azərbaycan Milli Bankına dünya bazarındakı vəziyyəti izləməyi tövsiyə edirik. Hesab edirik ki, Azərbaycan dayanıqlı şəkildə maliyyə böhranına tab gətirməyə hazırdır."

Xatırladaq ki, Mili Bankın İdarə Heyətinin qərarı ilə dekabrın 1-dən uçot dərəcəsi 10 faizdən 8 faizə endirilib. Faiz dəhlizinin yuxarı həddi isə 15 faizdən 13 faizədək azalıb. Yerli kommersiya banklarının həm manat, həm xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat normaları 9 faizdən 6 faizə endirilib. Uçot dərəcəsinin azaldılması öz növbəsində pul-kredit siyasətinin yumşaldılmasına bu sahədə inkişafın stimullaşdırılmasına şərait yaradıb.

BVF-nin verdiyiı qiymət isə son 15 il ərzində ölkədə iqtisadiyyat maliyyə sahəsində həyata keçirilən siyasətin uğurlu olduğunu bunun öz real bəhrəsini verdiyini göstərir. Elə bu siyasətin nəticəsidir ki, qlobal maliyyə böhranının Azərbaycana hər hansı ciddi təsiri yoxdur.

 

Rasim BAYRAMOV

 

Azərbaycan.-2008.-19 dekabr.-S.1.