Azərbaycanın xarici işlər naziri ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşmüşdür
Xarici İşlər Nazirliyinin
mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər
ki, dekabrın 18-də
nazir Elmar Məmmədyarov Azərbaycanda
fəaliyyətini başa
çatdıran ATƏT-in Bakı
ofisinin rəhbəri Xose Luis Herrero Ansola ilə görüşmüşdür.
Görüşdə X.L.Herrero Ansola ölkəmizdə işlədiyi müddətdə rəhbərlik etdiyi təşkilatın Azərbaycanın icra strukturları və xüsusən də, Xarici İşlər Nazirliyi ilə həyata keçirilən səmərəli əməkdaşlığından danışmışdır. Azərbaycanı xoş təəssüratlarla tərk etdiyini deyən diplomat növbəti iş yerinin Makedoniyada ATƏT-in missiyasının rəhbəri vəzifəsi olduğunu söyləmişdir.
Nazir E.Məmmədyarov ötən
müddət ərzində
ATƏT-in Bakı ofisi ilə əməkdaşlıqdan məmnunluğunu
bildirmiş, bu dövr ərzində Azərbaycanda aparılmış
fəal demokratik islahatlar barədə danışmış, habelə
X.L.Herrero Ansolaya yeni təyinatında müvəffəqiyyətlər arzulamışdır.
Azərbaycan.-2008.-19 dekabr.-S.5.