Dövlət Gömrük Komitəsində "vahid pəncərə" sisteminin təqdimat mərasimi keçirilmişdir

 

DGK-nin mətbuat xidmətindən verilən məlumata görə, yeni ildən tətbiq ediləcək "vahid pəncərə" sistemi idxal-ixrac sahəsində çalışan adamlarına gömrük qeydiyyatını yalnız bir dövlət müəssisəsinə müraciət etməklə 20 dəqiqə ərzində keçmək imkanı verəcək.

 

Artıq DGK-da bu sistemin tətbiq edilməsi üçün təşkilati işlər sürətlə davam edir. Komitənin sədri Aydın Əliyevin dediyinə görə, bu istiqamətdə görülən işləri idarə etmək üçün təşkilatın rəhbərliyindən aparıcı mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılmış, belə yeniliklərin tətbiq edildiyi ABŞ, Qazaxıstan Gürcüstan kimi ölkələrin bu sahədəki təcrübəsi araşdırılaraq öyrənilmiş ümumiləşdirilmişdir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin malların nəqliyyat vasitələrinin sərhəd gömrük məntəqələrinin nəzarətindən keçərkən "vahid pəncərə" sisteminin tətbiq edilməsi ilə bağlı imzaladığı fərmanda Nazirlər Kabinetinə bir ay müddətində mövcud qanunvericilik aktlarının bu fərmandan irəli gələn tələblərlə uyğunlaşdırılması üçün təkliflərin hazırlanaraq ölkə Prezidentinə təqdim etməsi tapşırılmışdır.

 

Azərbaycan.-2008.-19 dekabr.-S.7.