Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero Ansolanı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero Ansolanı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlətimizin başçısı ATƏT-in Bakı Ofisinin rəhbərinin Azərbaycandakı fəaliyyəti dövrünün ölkəmizin inkişafı bütövlükdə region üçün əhəmiyyətli illər olduğunu vurğuladı gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Xose Luis Herrero Ansola ölkəmizdəki fəaliyyətindən məmnun qaldığını bildirdi.

Görüşdə həmçinin Azərbaycanla ATƏT arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 

AzərTAc

 

Azərbaycan.-2008.-20 dekabr.-S.1.