Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfirləri Filippe Jottardın etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Filippe Jottardın etimadnaməsini qəbul etmişdir.

Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Filippe Jottard etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu bildirdi. Prezident İlham Əliyev qarşılıqlı əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirmək üçün geniş imkanların mövcudluğunu qeyd etdi. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa toxunan Prezident İlham Əliyev bu əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Səfirə fəaliyyətində müvəffəqiyyətlər arzulayan dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, onun ölkəmizdə fəaliyyəti əlaqələrin daha da genişlənməsinə töhfə verəcəkdir.

Filippe Jottard səfir kimi ölkəmizdə fəaliyyət göstərməsindən məmnunluğunu bildirdi. O, dövlətimizin başçısını əmin etdi ki, səfirlik fəaliyyəti müddətində Azərbaycan-Belçika Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsi işində öz səylərini əsirgəməyəcəkdir.

 

AzərTAc

 

Azərbaycan.-2008.-20 dekabr.-S.1.