Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Jeno Borosun etimadnaməsini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da
Macarıstan Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Jeno Borosun etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident
sarayında fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Səfir Jeno Boros
etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət
etdi.
Səfir Jeno Boros Macarıstanın
Prezidenti Laslo Şoyomun və Baş nazir Ferents Dyurçanın salamlarını dövlətimizin
başçısına çatdırdı. Ölkəmizə səfir təyin olunmasından məmnunluğunu
bildirən diplomat dövlətimizin
başçısını əmin etdi ki, səfirlik fəaliyyəti müddətində
əlaqələrimizin daha
da möhkəmlənməsi
işində öz səylərini əsirgəməyəcəkdir.
Macarıstana səfərini məmnunluqla
xatırlayan dövlətimizin
başçısı həmin
səfərin çox
uğurlu və məhsuldar olduğunu bildirdi. İkitərəfli münasibətlərin inkişaf etdirilməsində
yüksək səviyyəli
qarşılıqlı səfərlərin
əhəmiyyətini qeyd
edən Prezident İlham Əliyev ölkələrimiz arasında
müxtəlif sahələrdə
əməkdaşlığı genişləndirmək üçün
böyük potensialın
mövcudluğunu vurğuladı.
Səfirə fəaliyyətində müvəffəqiyyətlər arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, o, ölkəmizdəki diplomatik
fəaliyyəti müddətində
qarşılıqlı əlaqələrin
daha da genişləndirilməsi
işində öz xidmətlərini göstərəcəkdir.
Dövlətimizin başçısı Macarıstan
Prezidenti Laslo Şoyomun və Baş nazir Ferents Dyurçanın salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını Macarıstanın Prezidentinə
və Baş nazirinə çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.-2008.-20 dekabr.-S.1.