"Azərbaycan
Respublikasının Konstitusiyasına
əlavələr və
dəyişikliklər edilməsi
haqqında" Referendum
Aktı layihəsinin Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə
göndərilməsi barədə
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və
İnsan hüquqları
daimi komissiyaları tərəfindən hazırlanmış
"Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr
və dəyişikliklər
edilməsi haqqında"
Referendum Aktının layihəsi
Azərbaycan Respublikası
Konstitusiyasının 153-cü maddəsinin tələbinə
əsasən Azərbaycan
Respublikası Konstitusiya
Məhkəməsinin rəyinin
alınması üçün
Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə
təqdim edilsin.
II. "Azərbaycan
Respublikasının Konstitusiyasına
əlavələr və
dəyişikliklər edilməsi
haqqında" Referendum Aktının
layihəsi "Azərbaycan"
qəzetində dərc
edilsin.
O.Əsədov,
Azərbaycan Respublikası
Milli Məclisinin
Sədri
Bakı şəhəri, 19 dekabr 2008-ci il
Azərbaycan.-2008.-20 dekabr.-S.1.