Laçın şəhərinin 85 illiyi tamam olur

 

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə bağlı Şuşa qəzası ləğv olundu. O zaman Laçın, Kəlbəcər Qubadlının birləşməsi ideyası ortaya çıxdı. Həmin vaxt Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Kürdüstan qəzası yaradıldı. Qəza mərkəzi əvvəlcə Pircahan, sonra Minkənd, daha sonra isə Laçın oldu. Laçın şəhərinin yerini görkəmli ziyalı Tağı Şahbazi Simurq seçib. O zaman Azərbaycan İctimai Şura Cümhuriyyəti Mərkəzi İcraiyyə Komitəsinin katibi işləyən yazıçı Laçın şəhərinin adını yaxınlıqdakı Laçın dağından götürüb. Beləliklə, Şuşa-Gorus yolunun üstündə yerləşən Abdallar kəndi 1924-cü ildən şəhər statusu alıb. 1930-cu ildə isə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.

Laçın camaatı həmişə mərd, zəhmətkeş, mehriban, səxavətli, bir - birinin qədrini bilən olmuşdur. Vaxtilə ulu öndər Heydər Əliyev demişdir: "Laçın rayonu həm təbiətinə, həm insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir". Bu kəlam ümummili liderin Laçına laçınlılara verdiyi qiymətdir.

Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu illərdə dahi rəhbər bu rayonun inkişafını daim diqqət mərkəzində saxlamışdır. Məhz onun sonsuz qayğısı nəticəsində burada iri sənaye obyektləri, mədəni-maarif müəssisələri yaradılmış, Laçın şəhərinin özü isə abadlaşdırılaraq dağlar gözəlinə çevrilmişdir. Məhz həmin dövrdə şəhərə yüzdən artıq kəndə avtomobil yolu, su kəməri, işıq çəkilmişdir. Şuşa Laçını birləşdirən yollar da o zaman əsaslı təmir edilmiş, hər bir yaşayış məntəqəsində sosial obyektlər tikilib istifadəyə verilmişdir. 1971-ci il 16 noyabr tarixdə Azərbaycan KP MK Nazirlər Soveti "Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında" qərar qəbul etmişdir. Elə həmin tarixdə respublika hökumətinin "Laçın rayonu zəhmətkeşlərinə mədəni-məişət xidmətini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərarı qüvvəyə minir. 1974-cü il avqustun 6-da isə Azərbaycan KP MK bürosu "Laçın şəhərinin 50 illiyi haqqında" qərar qəbul edir.

Laçın şəhərinin 50 illiyinin respublika səviyyəsində qeyd olunması bu gün laçınlılar tərəfindən əziz bir xatirə kimi yad olunur. Amma bu, təkcə xatirə, yalnız xoş təəsüratlar deyil. Bu, hər bir laçınlı üçün, istər yaşlı olsun, istərsə cavan, yeniyetmə, bir çağırışdır. Doğma yurda, düşmən tapdağı altında inləyən torpaqlara güclü çağırışdır.

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Laçın rayonu 1992-ci il mayın 18- Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində Laçın şəhəri, Qayğı qəsəbəsi 125 kəndində olan 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 217 mədəni-maarif müəssisəsi, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 142 səhiyyə, 460 ticarət obyekti itirilmiş, ümumilikdə rayona 7,1 milyard ABŞ dolları həcmində ziyan dəymişdir.

Hazırda rayonun əhalisi respublikanın 59 rayon şəhərində müvəqqəti məskunlaşmışdır. Rayonda 328 şəhid ailəsi, 225 nəfər əlil, 33 nəfər hər iki valideynini itirmiş uşaq vardır.

Laçınlılar respublika Prezidenti İlham Əliyevin Qarabağ problemləri ilə bağlı apardığı düşünülmüş uzaqgörən siyasəti bəyənir ona inanırlar. Çünki bu yol ulu öndərin yoludur. Laçın camaatı daim dövlət başçısının, respublika hökumətinin diqqət qayğısını hiss edir.

Son bir neçə ildə qaçqınların məcburi köçkünlərin müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə ölkə Prezidenti İlham Əliyev tərəfindən 13 fərman sərəncam imzalanmış, onların icrası ilə əlaqədar Nazirlər Kabinetinin 47 qərar sərəncamı olmuşdur. Milli Məclis tərəfindən qanun qəbul edilmişdir.

Bu fərman sərəncamların icrası laçınlıların da həyatında öz əksini tapmışdır. Rayonun bütün icra strukturlarının fəaliyyət göstərdiyi Taxta körpü qəsəbəsində xeyli görülmüş, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Ağcabədi, Bərdə, Saatlı Sabirabad rayonlarında çadır şəhərciklərində məskunlaşmış 58 məcburi köçkün ailəsi üçün bütün infrastruktura malik iki qəsəbə salınmışdır.

Laçın həm füsunkar təbiətə, həm strateji əhəmiyyətə malik bir rayondur. Ermənistanla Dağlıq Qarabağ arasında ən qısa əlverişli yol buradan keçir. Bütün laçınlılar inanırlar ki, doğma şəhərin qapılarının onların üzünə açılacağı gün uzaqda deyil.

İndi laçınlılar şəhərin 85 illik yubileyini qeyd etməyə hazırlaşırlar. Çünki Laçın həmişə bizimlədir, hər bir azərbaycanlının ürəyindədir. Bu işğalla heç kim barışmayıb barışmayacaq.

 

L.QULİYEV

 

Azərbaycan.-2008.-20 dekabr.-S.6.