Bakı toplantısı diaspor təşkilatlarının milli birlik həmrəyliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir

 

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının Bakı toplantısı diaspor təşkilatlarının milli birlik və həmrəyliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir. Şuranın toplantısında iştirak edən soydaşlarımız belə düşünürlər.

Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov AzərTAc-a bildirmişdir ki, diaspor təşkilatlarının beynəlxalq siyasətdə artan rolu Azərbaycan lobbisinin daha da mütəşəkkilləşməsinə şərait yaradacaqdır. Azərbaycan dövlətinin bu sahədəki dəstəyinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan N.Bağırov demişdir ki, dövlətin birbaşa köməyi ilə reallaşan bu toplantı soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyasını, ictimai-siyasi proseslərdə fəal iştirakını daha da təkmilləşdirəcəkdir.

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısının ən əlamətdar mühüm cəhəti isə Dünya Azərbaycanlılarının Xartiyasının qəbul edilməsidir. Xartiya soydaşlarımızın məskunlaşdıqları ölkələrdə əsas hüquq azadlıqlarının yerli qanunvericilik, xüsusilə beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsinə şərait yaratmaqla bərabər diasporun Azərbaycan dövlətçiliyi ətrafında daha sıx birliyinə nail olunmasını tənzimləyəcəkdir. Toplantı soydaşlarımızda vətənpərvərlik milli təəssübkeşlik hisslərinin sistematik xarakter aldığını bir daha qabartmışdır.

 

Azərbaycan.-2008.-21 dekabr.-S.2.