Vyana Şəhər Baş Kitabxanasında Azərbaycan guşəsi açılmışdır

 

Dekabrın 19-da Vyana Şəhər Baş Kitabxanasında Azərbaycan guşəsinin yaradılması ilə əlaqədar təntənəli tədbir keçirilmişdir.

Azərbaycanın Avstriyadakı səfirliyi, Vyana Şəhər Kitabxanalarının Direktorluğu Avstriyada fəaliyyət göstərən AZƏR(ATA) mədəniyyət cəmiyyətinin birgə təşkil etdiyi tədbirdə Avstriya hökumətinin təmsilçiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan həmyerlilərimiz, avstriyalılar Vyanada təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Tədbiri açan Vyana şəhər kitabxanalarının direktoru Markus Fayql hədiyyə edilən kitablara görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmiş yeni yaradılan guşə sayəsində kitabxananın ədəbiyyat fondunun daha da zənginləşdiyini qeyd etmişdir.

Hədiyyə edilən kitabların artıq kitabxananın elektron kataloquna daxil edildiyinə toxunan M.Fayql, bu kitablar sayəsində kitabxanaya yeni oxucu kütləsinin cəlb olunacağına əminliyini vurğulamışdır.

Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov Azərbaycan Avstriya arasında humanitar-mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq Vyana Şəhər Baş Kitabxanasında Azərbaycan guşəsinin açılmasının qarşılıqlı əlaqələrin inkişafında mühüm bir addım olduğunu qeyd etmişdir. Guşənin təkcə azərbaycandilli oxucular üçün nəzərdə tutulmadığını bildirən səfir Azərbaycanın tarix mədəniyyəti ilə maraqlanan avstriyalıların da bu kitablardan tez-tez istifadə edəcəyinə əmin olduğunu söyləmişdir. Qeyd edilmişdir ki, belə layihələr qarşılıqlı əlaqələrin inkişafına böyük töhfələr verir təkcə paytaxtlar arasında deyil, eyni zamanda bölgələr arasında da əməkdaşlığa kömək edir. Cari ildə Azərbaycan sənətçilərinin Avstriyanın müxtəlif şəhərlərində mədəniyyət proqramları ilə çıxışları ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına bariz nümunədir.

Bütün həmvətənlərimizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən F.İsmayılov yaxın vaxtlarda növbəti kitab dəstinin kitabxanaya hədiyyə ediləcəyini bu guşənin həmvətənlərimizin görüş yerinə çevriləcəyini söyləmişdir. Bu tədbirin ərsəyə gəlməsində Azərbaycan Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xüsusi əməyi qeyd edilmişdir.

Bu yaxınlarda Avstriyada işıq üzü görmüş iki kitab - yazıçı Mir Cəlalın "Azərbaycandan hekayələr" avstriyalı tarixçi şərqşünas Erik Fayqlın "İpək Yolu Odlar Yurdundan keçərək - Azərbaycan tarixi" kitabları kitabxananın rəhbərliyinə hədiyyə edilmişdir.

Tədbirin rəsmi hissəsindən sonra "Muğam-2007" müsabiqəsinin laueratı, Prezident təqaüdçüsü Rəvanə Ərəbova tarda Sahib Paşazadə kamançada Rauf İslamovun müşayiəti ilə "Qatar", "Segah", "Çahargah", "Şahnaz", "Kəsmə şikəstə" muğam təsniflərimizi məharətlə ifa etmişdir.

Tədbirin sonunda qonaqlar Azərbaycanın ləziz xörəkləri ilə bəzədilmiş süfrəyə dəvət edilmişlər.

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.-2008.-21 dekabr.-S.2.