"Neft Daşları"ndakı
yataqxanalar təmir edilir
"Neft
Daşları"nda sayca
dördüncü beşmərtəbəli
kişi yataqxanasının əsaslı
təmiri başa çatdırılmışdır. Ümumi sahəsi 3143 kvadratmetr olan 244 otaqlı yataqxanada 432 neftçi yaşayacaq.
Gələn ilin noyabrında "Neft Daşları" mədən-şəhərinin 60 illiyi qeyd ediləcək. Hələ
3 il bundan
öncə ARDNŞ-nin
rəhbərliyi yubiley
ərəfəsində şəhərdəki
bütün yataqxanaların
təmir edilməsi barədə göstəriş
vermişdi. Təmir işlərini həyata keçirmək "Neftqaztikinti"
trestinin "Neft Daşları"ndakı 7 saylı
Tikinti-Quraşdırma İdarəsinə
və Bakıdakı
6 saylı TQİ-yə
tapşırılmışdır. "Neftqaztikinti" tresti keyfiyyət, ekologiya və əməyin təhlükəsizliyi
üzrə 3 beynəlxalq
sertifikata malikdir.
Trest tərəfindən inşa
edilən bütün,
ilk növbədə, sosialyönümlü
obyektlər beynəlxalq
standartlara uyğun, ən müasir üzlük materiallarla, insanların yaşaması
üçün yüksək
rahatlığın təmin
olunması şərti
ilə tikilir. İki il
qabaq birinci təmir edilmiş 412 yerlik kişi yataqxanasında inşaatçıların
gördüyü iş
yüksək qiymətləndirilmişdir.
İndiyədək kişi
yataqxanasından 4-də əsaslı təmir işləri
aparılıb. 128 yerlik sonuncu kişi
yataqxanasının hazırda dam örtüyü təmir
edilir.
Açıq dənizdə ən
hündür tikili olan doqquzmərtəbəli 300 nəfərlik
qadın yataqxanası 1,5 il bundan əvvəl
"Neftqazlayihə" İnstitutu tərəfindən
hazırlanan layihəyə uyğun əsaslı təmirə
dayandırılmışdır. Yataqxana 168
otaqdan ibarətdir. Təmir işləri
iki mərhələdə aparılır. Yeniləşdirilmiş
otaqlarda yaradılan rahatlıqdan qadınlar çox məmnundurlar.
Təmir işləri Avropa standartlarına
uyğun olaraq ən yeni üzlük materiallarından,
santexnika və elektrotexniki avadanlıqdan istifadə edilərək
aparılmış, burada yüksək keyfiyyətli qapı və
pəncərələr quraşdırılmış,
döşəmə laminatla örtülmüşdür.
Hər bir otaq rahat və gözəl mebellə,
güzgü və xalçalarla, duş, telefon, müasir
elektrik avadanlıqları ilə təchiz edilmişdir.
Hazırda
binanın qalan 88 otağının təmiri aparılır. 2009-cu ilin
birinci rübündə yataqxananın təmiri başa
çatdırılacaq. "Neft Daşları"nın 60 illiyi ilə əlaqədar burada
idman-sağlamlıq mərkəzinin inşası, yeməkxananın,
klub və NQÇİ-nin inzibati binasının əsaslı
təmiri nəzərdə tutulub.
Azərbaycan.-2008.-21 dekabr.-S.3.