2009-cu ilin "Uşaq
ili" elan edilməsi haqqında
Azərbaycan
Respublikasında uşaqlara dövlət
qayğısının gücləndirilməsi, uşaq
problemlərinə vətəndaş cəmiyyəti
qurumlarının diqqətinin artırılması və
ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin
müəyyənləşdirilməsi məqsədi ilə qərara
alıram:
1. 2009-cu il Azərbaycan Respublikasında "Uşaq
ili" elan edilsin.
2. Azərbaycan
Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Təhsil
Nazirliyi, Səhiyyə
Nazirliyi, Gənclər
və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi və digər aidiyyəti qurumlarla birlikdə 2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı tədbirlər planını
bir ay ərzində hazırlayıb təsdiq üçün Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
3. Bu sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 dekabr 2008-ci il
Azərbaycan.-2008.-23 dekabr.-S.1.