Mənzil-kommunal təsərrüfatının maddi-texniki
təchizatının yaxşılaşdırılması
ilə əlaqədar
əlavə tədbirlər
haqqında
Son illər ölkənin regionlarında geniş miqyaslı abadlıq və quruculuq işləri aparılmış,
mənzil-kommunal təsərrüfatı
müəssisələrinin maddi-texniki bazasının
yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
2007-2008-ci illərdə dövlət
vəsaiti hesabına xüsusi təyinatlı kommunal texnikası alınaraq ölkənin paytaxtına, habelə şəhər və rayonların mənzil-kommunal
təsərrüfatı müəssisələrinə
verilmişdir.
Azərbaycan Respublikasının
şəhər və
rayonlarında mənzil-kommunal
təsərrüfatının maddi-texniki bazasının
müasir tələblərə
uyğun qurulması, onun yeni xüsusi
təyinatlı kommunal
texnikası ilə təmin edilməsi, habelə şəhər və rayonların növbəti qış mövsümünə lazımi
səviyyədə hazırlanması
işlərinin davam etdirilməsi məqsədi
ilə qərara alıram:
1. Şəhər
və rayon icra hakimiyyətlərinə xüsusi
təyinatlı kommunal
texnikasının mərkəzləşdirilmiş
qaydada alınması üçün Azərbaycan
Respublikasının 2008-ci il
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 14,0 (on dörd) milyon manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci
bəndində nəzərdə
tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
4. Bu sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 dekabr 2008-ci il
Azərbaycan.-2008.-23 dekabr.-S.1.