Nazirlər Kabinetində
görüş
AzərTAc xəbər
verir ki, dekabrın 22-də Azərbaycanın Baş naziri Artur
Rasizadə Gürcüstanın xarici işlər naziri Qriqol
Vaşadze ilə görüşmüşdür.
Azərbaycan hökumətinin başçısı bütün sahələrdə yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətləri yüksək qiymətləndirərək bildirdi ki, hökumətlərarası komissiyanın bu yaxınlarda Tbilisidə keçirilmiş iclasında iqtisadi əməkdaşlığın genişlənməsinə kömək edəcək bir sıra mühüm qərarlar qəbul edilmişdir.
Gürcüstanın xarici işlər naziri Azərbaycana ilk səfərinin səmərəli keçdiyini qeyd edərək demişdir ki, ildə iki dəfə departament başçıları, xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsi barədə razılıq əldə olunub.
Görüşdə qarşılıqlı
maraq doğuran məsələlərə dair
fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-2008.-23 dekabr.-S.2.