Azərbaycanın Türkiyənin hərbi sahədə əlaqələri gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılıb

 

AzərTAc xəbər verir ki, dekabrın 22-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Bakıda səfərdə olan Türkiyə Respublikası Baş Qərargah rəisinin müavini, ordu generalı Hasan İğsızla görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Azərbaycan Türkiyənin hərbi sahədə əlaqələri gələcək inkişaf perspektivləri barədə ətraflı müzakirələr aparılmışdır.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç iştirak etmişdir.

 

Azərbaycan.-2008.-23 dekabr.-S.2.