İslam Dövlətləri
Qadın və İdman Assosiasiyasının
İdmanın İnkişafı
Komitəsi iclasının
iştirakçıları Heydər Əliyev Fondunda olublar
AzərTAc xəbər verir ki, Bakıda İslam Dövlətləri
Qadın və İdman Assosiasiyası İdmanın İnkişafı
Komitəsinin illik yekun iclasının iştirakçıları dekabrın
22-də Heydər Əliyev
Fondunda olmuşlar.
Burada qonaqlara xalqımızın
ümummilli liderinin adını daşıyan
fondun yaranması, çoxşaxəli fəaliyyəti
barədə geniş
məlumat verilmişdir.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik
etdiyi dövrlərdə
islam ölkələri
ilə əlaqələrin
inkişafına xüsusi
diqqət yetirmişdir.
Ulu öndərin idmana diqqəti və qayğısı sayəsində
Azərbaycanda bu sahədə nailiyyətlərin
təməli qoyulmuşdur.
Qonaqlar görkəmli siyasi və dövlət xadiminin şəxsi arxivindən götürülmüş
və onun fəaliyyətinin ayrı-ayrı
dövrlərini əhatə
edən eksponatlara maraqla baxmışlar. Onlar dünyanın tanınmış
siyasi xadimləri tərəfindən verilmiş
hədiyyələrlə, ulu
öndərimizin həyat
və fəaliyyətindən
bəhs edən kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət
və incəsənət
xadimlərinin Azərbaycan
dövlətinin qurucusu
haqqında fikirləri
ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri
ilə görüşlərdə
çəkilmiş şəkillərdən
zəngin təəssürat
almışlar.
Azərbaycan.-2008.-23 dekabr.-S.2.