Şəhər rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında

 

Ölkə iqtisadiyyatının əsas xidmət sahələrindən biri olan mənzil-kommunal təsərrüfatı sahəsində və onun əsas fəaliyyət istiqaməti olan dövlət mənzil fondunun istismarı və saxlanılmasında son illər bir sıra tədbirlər həyata keçirilmişdir.

Bakı şəhərində tarixi əhəmiyyət daşıyan memarlıq binaları bərpa edilmiş tarixi görünüşünə gətirilmişdir. Mənzil fonduna aid olan yaşayış binalarının fasadları müasir üsluba uyğun təmir edilmiş, dam örtükləri dəyişdirilmiş, binalarda içməli su, kanalizasiya istilik sistemi xətləri yararlı hala gətirilmişdir.

Bakı şəhərində ölkənin digər şəhərlərində rayon mərkəzlərində yüksəkmərtəbəli yaşayış binalarında əsaslı təmirə ehtiyacı olan bir sıra liftlər təmir edilərək işlək vəziyyətə gətirilmiş, bəzi liftlər isə istismara tam yararsız olduğu üçün yeniləri ilə əvəz edilmişdir.

Bu sahədə görülmüş işlərin davam etdirilməsi, Azərbaycan Respublikasının şəhər rayon mərkəzlərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan yüksəkmərtəbəli yaşayış binalarında istismar müddətini başa vurmuş liftlərin yeniləri ilə əvəz edilməsi məqsədilə qərara alıram:

1. Şəhər rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması istismarda olanların bərpa edilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- müvafiq qaydada alınmış yeni liftlərin şəhər rayonlar arasında bölgüsünü təsdiq etsin;

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2008-ci il

 

Azərbaycan.-2008.-24 dekabr.-S.1.