Konstitusiya islahatları ilə bağlı təşəbbüs beynəlxalq aləmdə geniş müzakirə olunur

 

"Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinə beynəlxalq aləmdə də maraq böyükdür. Bunu həmin layihə barədə xarici media orqanlarında, həm də müxtəlif ictimai-siyasi dairələrdə, araşdırma mərkəzlərində aparılan müzakirələrin çoxluğu da təsdiq edir. Həmin müzakirələrdən doğan ümumi nəticə belədir ki, Azərbaycan Konstitusiyasında həyata keçirilməsi nəzərdə tutulan islahatlar, o cümlədən bir şəxsin yalnız iki dəfə prezident seçilə bilməsi kimi məhdudiyyətin aradan qaldırılması mütərəqqi xarakter daşıyır.

 

Rusiya və Qərb ölkələri daha uzun müddətə Prezident İlham Əliyevlə əməkdaşlıq etməkdə maraqlıdırlar

 

Ümumxalq səsvərməsi olacağı halda nəticənin Azərbaycanda maraqlı qüvvələr üçün vacib əhəmiyyət daşıyacağına diqqət yetirən Rusiyanın Siyasi Hərbi Analiz İnstitutunun Millətlərarası Münasibətlər şöbəsinin müdiri Sergey Markedonov bildirir ki, Konstitusiya dəyişikliyi nəzərdə tutan layihənin vacib əhəmiyyət kəsb edən müsbət məqamları çoxdur: "Azərbaycanda ötən əsrin 90- illərinin əvvəllərində hakimiyyətə təcrübəsiz insanların gəlməsi baxımından Konstitusiya dəyişikliyinin müsbət olduğunu demək olar. Əlbəttə ki, ilk baxışda burada daha çox diqqət cəlb edən məsələ bir şəxsin yalnız iki dəfə prezident seçilə bilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasıdır. Azərbaycanda bunun əleyhinə çıxan qüvvələrin elə böyük elektoratı yoxdur. Azərbaycanın indiki prezidenti xalq arasında böyük populyarlığa malikdir uzun illər ərzində xalqa xidmət etmək əzmindədir. Ona görə bu dəyişikliyin əhali tərəfindən dəstəklənəcəyi şübhə doğurmur".

Ekspertin sözlərinə görə, Azərbaycanda həyata keçirilən konstitusiya islahatları ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi xüsusi maraq doğurur. Onun fikrincə, belə dəyişiklik ilk növbədə Azərbaycanın daxili işidir ölkənin əsas qanununda islahatlar aparmaq xalqın müstəsna hüququdur. Ancaq Azərbaycan beynəlxalq aləmdə daim özünə diqqət cəlb edən ölkə olduğundan burada baş verən proseslər istər-istəməz xaricdə müəyyən reaksiyalar doğurur. Bununla belə, Sergey Markedonovun fikrincə, Azərbaycanda maraqlı ölkələrin Konstitusiya dəyişikliklərinə müsbət yanaşacağı şübhə doğurmur: "Moskva Azərbaycanda Konstitusiya dəyişikliyi haqda təşəbbüsü dəstəkləyəcək. Qərb demək olar ki, analoji mövqedən çıxış edəcəkdir". Ekspert bildirir ki, Prezident İlham Əliyev həm Rusiya, həm Qərb ölkələri ilə əla siyasi münasibətlər yaradıb qarşı tərəf öz növbəsində indiki prezidentin Azərbaycanda sabitliyin təminatçısı olduğunu yaxşı başa düşür. Politoloq qeyd edir ki, elə buna görə Rusiya Qərb ölkələri daha uzun müddətə Prezident İlham Əliyevlə əməkdaşlıq etməkdə maraqlıdırlar.

Azərbaycanda Konstitusiya dəyişikliyini nəzərdə tutan layihə ilə bağlı "Politkom" analitik portalında dərc olunan məqalədə isə aşağıdakı fikirlər daha çox diqqət cəlb edir: "Konstitusiya dəyişikliyi gündəmə gəldikdən bu istiqamətdə konkret işlər görüldükdən sonra ölkə daxilində ona qarşı çıxanlar cəmiyyətdə elə böyük populyarlığa malik deyil. Azərbaycan hakimiyyətinə qarşı müxalifətdə olanların bir çoxu 1990- illərin əvvəllərində Qarabağın itirilməsi, sosial sferada uğursuzluqlar, qeyri-sabitliyə görə cavabdeh olan rəhbərlərlə təmsil olunmuşdu. Onları yenidən hakimiyyətə buraxmamaq üçün seçicilər indiki Prezidentin səlahiyyət müddətinin artırılmasına tərəfdardır. Kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, reallıq budur. Müxalifətdə isə hələ yeni ideyalar, yeni insanlar yoxdur".

Adıçəkilən mətbu orqan da Azərbaycanda Konstitusiya islahatları çərçivəsində görülən işlərə Qərb ölkələrinin, eləcə Rusiyanın mümkün reaksiyalarını araşdırıb. Bununla bağlı o məqam xüsusi olaraq vurğulanır ki, həm Qərb, həm Rusiya Federasiyası Azərbaycanda sabitliyin davam etməsində indi xüsusilə maraqlı tərəflər kimi çıxış edirlər. Elə bu səbəbdən, sabitliyə gedən yol kimi, Azərbaycanın indiki dövlət başçısının yenidən prezident seçkilərində öz namizədliyini irəli sürə bilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına onların müsbət baxacağı şübhə doğurmur: "Prezident İlham Əliyevin daha uzun müddət hakimiyyətdə qalması Moskvadakı, Vaşinqtondakı siyasətçilərin, diplomatların marağındadır".

 

Prezident İlham Əliyev kimi mahir siyasətçilər MDB məkanında çox deyil

 

Artıq beynəxalq aləmdə bir əminlik yaranıb ki, Azərbaycanın dünyaya inteqrasiyasında, ölkədə davamlı inkişafın olmasında Prezident İlham Əliyevin rolu əvəzsizdir. Həmçinin dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən regional layihələrin reallaşmasında Azərbaycanın aparıcı rol oynaması, rəsmi Bakının həyata keçirdiyi siyasətin belə layihələrin icrasında həlledici əhəmiyyətə malik olması da Cənubi Qafqazda maraqlı dövlətləri perspektivdə Prezident İlham Əliyev iqtidarı ilə işbirliyini davam etdirməyə sövq etməkdədir. Bu reallığı hazırda Azərbaycanın iştirakı olmadan həyata keçirilməsi mümkünsüz sayılan regional iqtisadi layihələrdə ölkənin oynadığı rol da təsdiq edir. Əlbəttə ki, regionda, xüsusən Azərbaycanda müxtəlif maraqlı qüvvələrin olması fonunda ölkənin nəhəng iqtisadi layihələrin reallaşmasında balanslı siyasət yeritməsi xüsusi məharət tələb edir. Elə bu səbəbdəndir ki, Rusiya Strateji Araşdırmalar İnnovasiya İnstitutundan ekspert Dmitri Seçin dünyanın aparıcı ölkələrinin maraqlarını uğurla uzlaşdıran bu fonda ölkəsinin mənafeyini ön plana çıxaran Prezident İlham Əliyev kimi mahir siyasətçilərin MDB məkanında çox olmadığını bildirir: "Bu gün İlham Əliyev MDB-nin ən bacarıqlı siyasətçiləri sırasında mühüm yer tutur. Bu enerjili insanın daha uzun müddət xalqına xidmət etmək imkanı var. Ona görə Konstitusiyaya edilməsi nəzərdə tutulan dəyişikliklərdən biri kimi prezidentin seçilməsinə qoyulan məhdudiyyətin aradan götürülməsi təbii qarşılana bilər. Əlbəttə ki, Konstitusiya kimi çox mühüm bir sənəddə edilən dəyişikliklərlə bağlı əsas diqqəti təkcə bu məsələ üzərində cəmləşdirmək doğru deyil. Dövlətçiliyin möhkəmləndirilməsi baxımından digər vacib dəyişikliklər diqqətdən kənarda qalmalı deyil. Məsələn, orada təklif olunan məqamlardan biri qanunvericilik təşəbbüsü ilə çıxış edən seçicilərin sayının bir qədər azaldılmasıdır bildiyim qədər bu say 40 minə endirilib. Bu, əslində xalq demokratiyasının inkişaf etdirilməsinin vacib elementlərindən sayıla bilər. Ancaq demokratiyanın inkişaf etdirlməsinin məqamlarından biri insanların ən ali dövlət vəzifələrinə seçilmə müddətinə hər hansı qadağanın qoyulmamasıdır. Məsələn, dünyanın bir çox ölkəsində qanunverici orqanlara seçilməkdə məhdudiyyət yoxdur, yəni bir şəxs parlamentə seçilmək üçün istədiyi qədər namizədliyini irəli sürə bilər. Azərbaycanda da bu belədir. Lakin indiki Konstitusiyaya əsasən bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Bu isə istər-istəməz hakimiyyətin icraedici qanunverici kimi əsas qolları arasında bir disbalansın yaranmasına səbəb olur. Digər tərəfdən xalqa seçim imkanı vermir. Ona görə bunun aradan qaldırılması üçün irəli sürülən təkliflər məqbul qarşılana bilər". Ekspert onu da qeyd edir ki, müəyyən qüvvələrin Konstitusiya dəyişikliyi ətrafında ajiotaj yaratmağa cəhd etməsinin heç bir əsası yoxdur: "Azərbaycan Rusiyanın daxil olduğu Avropa Şurasına üzv digər ölkələrdə zaman-zaman Konstitusiyada dəyişikliklər edilir. Ona görə bu məsələyə xüsusi don geyindirməyə çalışmaq əbəsdir".

 

Azərbaycanın iqtisadiyyatı dünyadakı nüfuzu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində daha da möhkəmlənib

 

İngilis dilində dərc edilən "Moscow Times" qəzeti isə yazır ki, Azərbaycanın iqtisadiyyatı dünyadakı nüfuzu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində daha da möhkəmlənib. Bu səbəbdən Azərbaycanda seçicilərin böyük əksəriyyəti onun prezident kimi uzun müddət ərzində fəaliyyətini davam etdirməsinin tərəfdarıdır. ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson isə qeyd edir ki, demokratiya üçün vacib olan məqam yalnız konstitusional prosedurları idarə edən qanunlar deyil. Onun fikrincə, burada başlıca məsələlərdən biri sağlam demokratik mühitdə vətəndaşların məhdudiyyətsiz şəkildə öz hüquqlarından istifadə etməsidir: "Amerika Birləşmiş Ştatları bu yöndə islahatların həyata keçirilməsində Azərbaycanın gördüyü işi dəstəkləməyə hazır olduğunu bildirir".

 

Rasim BAYRAMOV

 

Azərbaycan.-2008.-24 dekabr.-S.1.