Tanrı sevgisini yaşadan
Prezident
Bəşəriyyətin çox
sevdiyi yazıçı
Viktor Hüqoya məxsus
fikirdir: "Ən böyük himn körpə qığıltısıdır".
Ailənin, nəslin və
millətin səadəti
də o zaman mümkünləşir ki,
bu bəşəri himnin sədaları daim eşidilsin. Körpə,
sadəcə olaraq, valideynlər arasında salınan mənəvi körpü deyildir. Hər bir körpə millətin gələcəyidir.
Azərbaycanda uşaqlara həmişə
məhəbbətlə yanaşılıb. Bu qayğının əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qranit bünövrələrlə təməllənib.
Ulu öndər uşaqlarla görüşməyi, onlarla
söhbət etməyi,
dinləməyi çox
sevərdi. İstedadlılara xüsusi qayğı göstərər, gələcək
həyat yollarının
düzgün istiqamətlənməsi
üçün müxtəlif
tədbirlər görərdi.
Hələ sovet dövründə
Azərbaycanda müxtəlif
uşaq tərbiyə
müəssisələri, mədəniyyət
evləri, istirahət
guşələri, sağlamlıq
ocaqları yaradılmışdı.
Üzvləri ancaq balacalardan
ibarət olan "Cücələrim" ansamblının,
"Bənövşə" uşaq xorunun şöhrəti dünyanı
dolaşırdı.
Ömrümüzün bəxtəvər çağlarında
- uşaq gülüşündən
doyunca zövq almağa çalışdığımız
vaxtlarda sanki həyatımızın nurunu
yoxa çəkdilər. 1988-ci ilin payızında indiki Ermənistan adlanan ərazidə məskunlaşmış soydaşlarımızı
min cür vəhşiliklə
doğma ocaqlarından
qovdular. O dəhşətli
anlarda varına, dövlətinə yiyə
durmayan analar qundaqlarını köksünə
sıxıb, belinə
bağlayıb ayaqyalın
şaxtalı çöllərdə
qaçmağa məcbur
oldular. Əlbəttə, hamısı bu
müdhiş qovhaqov əməliyyatında xilas
olmadı. Analı-balalı qurda, quşa tuş gəldilər, çovğunlu dağlarda
donub öldülər.
Bir də havalar qızanda çör-çöpə
ilişmiş paltarları
tapıldı. Qurtulmuşların da uşaqlığı solğun keçdi. Qaçqın balası, qaçqın
uşaq kimi ağır ləngərli
epitetlərə büründülər.
Tay-tuşları işıqlı otaqlarda, isti qucaqlarda böyüyəndə
onlar da sınıq-salxaq torpaq komalarda, çadırlarda,
vaqonlarda, yataqxanalarda,
qamışdan hörülmüş
daldanacaqlarda ağır
həyatla üzləşdilər.
Onların uşaqlığı olmadı ki?!
Bəlkə bu uşaqlar da bəxtəvər idilər. Çünki yaşayırdılar, dözürdülər, sabaha
inanırdılar. Onların yaşıdlarını
daha dəhşətli
aqibətlər yaxaladı.
Ermənilər Quqark rayonunda
70 uşağı dəmir
boruya yığıb
hər iki tərəfini qaynaqla qapadaraq boğdular. O
binəsiblərin fəryadı
eşidənlərin qulaqlarından
hələ də çəkilməyib. Erməni vandalları
körpə balalarımızı
süngülərə keçirdilər.
Xocalıda törədilən soyqırımın yer üzündə analoqu yoxdur. Şəhidlər xiyabanında naməlum
körpələrin kiçik
məzarları ürək
ağrılarımıza çevrilib.
Bütün bunlardan sonra
Azərbaycan anası hər sitəmə, zülmə tab gətirərək
dözürdü. Ona görə
dözürdü ki, dövlətinə, millətinə,
ordusuna, gələcəyinə
inanırdı. Heç
ola bilməzdi
ki, şər ömrü boyu meydan sulasın. Nahaq haqqa qalib gəlsin.
Ümummilli lider Heydər Əliyevin başladığı
böyük yolu ləyaqətlə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə
yeni qaçqın şəhərcikləri salındı. Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın davamlı fəaliyyəti
nəticəsində yeni
məktəblər tikildi.
Fiziki cəhətdən zəif,
eləcə də talassemiyalı uşaqlara xüsusi qayğı göstərildi. Onların normal uşaqlar kimi böyüməsi, tərbiyə
alması, oxuması üçün hərtərəfli
şərait yaradıldı.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fondun əsas fəaliyyəti əhalinin
ən həssas təbəqəsinin - əsasən
qadınların, məcburi
köçkünlərin, aztəminatlı ailələrin
uşaqlarının, eləcə
də uşaq evlərində və internat məktəblərində
tərbiyə olunan uşaqların həyat səviyyəsinin yaxşılaşdırılmasına
yönəlmişdir. Fond eyni zamanda "Diabetli uşaqlara ən yüksək qayğı" və
"Talassemiyasız həyat
naminə" adlı
layihələr də
həyata keçirərək
xəstə uşaqların
müalicəsinə xüsusi
diqqət ayırmışdır.
Fondun fəaliyyətinin əsas
prioritet istiqaməti budur ki, uşaqlar
əziyyət çəkməsinlər.
Onlara müasir səhiyyənin hər cür yardımından dəstək
göstərilsin.
Böyüməkdə olan nəslin, xüsusilə də ən az müdafiə
olunan hissəsinin təhsili ilə bağlı məsələlərə
daim diqqət yetirilir. Uşaq evləri və internat məktəblərində
tərbiyə alan kimsəsiz uşaqlar unudulmur. Onların təminatı ilə əlaqədar müxtəlif
tədbirlər həyata
keçirilir. Əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
zamanı valideyn qayğısından və
diqqətindən məhrum
olan uşaqların sayı da xeyli
artmışdır. Diqqət
çəkən cəhət
budur ki, Heydər Əliyev Fondu başda Mehriban xanım Əliyeva olmaqla konkret işlər görərək həm uşaq evlərindəki problemlər həll edilir, həm də müəyyən proqramlar üzərində
işlənilir ki, onlar bu gün
də, sabah da lazım olacaqlar.
Məqsəd budur ki, uşaqlarla bağlı hər bir sahədə
uğur qazanmaq üçün müvafiq
mütəxəssislər də
hazırlansın.
Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə 30-dan çox
uşaq evi və internat məktəbi ən müasir avadanlıqlarla təmin edilib. Bu məktəblərdə və
evlərdə yaşayan
uşaqlar həmişə
dövlətin diqqət
mərkəzindədir.
Bu gün respublikanın hər bir bölgəsində
Olimpiya idman kompleksləri tikilərək
istifadəyə verilib. Dövlətimiz tərəfindən görülən
bu işlərin təməlində bir məqsəd dayanır - balalarımızın günləri
boş keçməsin.
Onlar həm sağlam, fiziki cəhətdən güclü, həm də gələcəkdə
hansısa bir peşənin sahibi olsunlar.
Göstərilən qayğı və diqqət də Allaha xoş gedir. Statistika göstərir ki,
son illər Azərbaycanda
əkiz uşaqlar daha çox doğulur. Tanrının bu bəxşişi
hamını ürəkdən
sevindirir. Bu gün neçə ailədə Heydər, Zərifə, Mehriban, İlham adlı körpələr böyüyür.
Tanrı talelərinə,
ölkə başçısı
da həmişəki kimi, xoş günlərinə, firavanlıqlarına
təminatçı olsun!
Bölgələrdə müntəzəm görüşlər
keçirən dövlət
başçısı cənab
İlham Əliyev hamı ilə mehriban görüşərək
hər kəsin problemləri və qayğıları ilə
maraqlanır. Uşaqlar ilə ünsiyyəti
daha səmimi və yaddaqalan olur. Ölkə Prezidentinin uşaqlarla
birlikdə lentə alınmış şəkillərinə
baxdıqca duyursan ki, üzündə səmimi təbəssüm,
xüsusi sevinc və qürur var. Çünki uşaqları
şən və bəxtəvər görən
dövlət başçısının
könlü həqiqətən
fərəhlənməyə bilməz. Xüsusən də yeni salınmış qaçqın
şəhərciyində uşaqların
gülüşü, şən
ovqatı daha sirayətedicidir. Dünənəcən
çadır şəhərciyində
ağır şəraitdə
yaşayan, heç bir əyləncə yeri olmayan, üst-başı
nimdaş paltarlı uşaqlar bu gün səliqə-sahmanlı
geyinir, işıqlı
otaqlarda, zəngin fənn kabinetlərində
çalısır, müasir
təhsil komplekslərində
oxuyur, üz-gözündən
məyusluq yox, sevinc süzülür, kömpüter arxasında
əyləşir, şahmat
oynayır, rəsm çəkir, şeir deyir, rəqs edir, bir sözlə,
müasir uşaq ömrünü yaşayır.
Uşaqlar bizim gələcəyimizdir. Bu müdrik fikrin məna çalarları çoxdur. Onların məhz xoş
sabahımız olmaları
bugünün necəliyindən
çox asılıdır.
Elə buna görə də ölkə başçısı
cənab İlham Əliyev 22 dekabr 2008-ci ildə "2009-cu ilin
"Uşaq ili"
elan edilməsi haqqında" sərəncam
imzalayıb. Sərəncamda bildirilir ki,
ölkənin uşaqlarla
bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi
məqsədilə respublikada
uşaqlara dövlət
qayğısı gücləndirilsin,
uşaq problemlərinə
vətəndaş cəmiyyəti
qurumlarının diqqəti
artırılsın. Təbii
ki, bu məqsədlə
müəyyən tədbirlərin
hazırlanıb həyata
keçirilməsində Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, təhsil, səhiyyə, gənclər
və idman, habelə digər nazirliklər "Uşaq ili"nin uğurlu olması üçün
Prezidentin sərəncamından
irəli gələn vəzifələri düzgün
müəyyənləşdirəcəklər.
Beləliklə, ömrümüzü yeni
ildə birillik uşaqlara verdik ki, həyatımız xoş və firavan keçsin. Südəmər körpələrin, təbəssümlü
uşaqların paklığından,
saflığından həyatımıza
yeni istəklər, təmizliklər süzülsün.
Ömrümüzün "Uşaq ili"nə
bürünmüş hər
ayı, hər günü şən keçsin. Qədim bir alqışda
deyilir ki, Tanrı evlərə uşaq səsi bəxş etsin. Bizim ürəyimizdən də keçən budur ki, əgər
ölkə başçısı
2009-cu ili rəsmən
"Uşaq ili" elan edibsə, qoy bizim işğalda
qalmış torpaqlarımız
ermən vandallarından
təmizlənərək paklığa
çıxsın! Bizə
həsrət qalmış
yurd yerlərimizdən
millətimizi xoş gələcəyə aparan
doğma balalarımızın
şən səsləri
gəlsin!
Deyirlər ki, ürəyində uşaq məhəbbəti
qərar tutmuş insan əslində köksündə Tanrı
sevgisi daşıyır. Bax, belə
bir ülvi hisslərlə yaşayan ölkə Prezidenti İlham Əliyev Azərbaycan uşaqlarının
ən sevimli himayədarıdır.
Flora XƏLİLZADƏ
Azərbaycan.-2008.-24 dekabr.-S.7.