Parisdə "Dövlət idarəçiliyi sahəsində əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirovun başçılığı ilə nümayəndə heyəti Avropa İttifaqının Dövlət İdarəçiliyi Şəbəkəsinin (EUPAN) "Dövlət idarəçiliyi sahəsində əməkdaşlıq" mövzusunda təşkil etdiyi beynəlxalq konfransa qatılmışdır.

Parisdə Avropa İttifaqı ölkələri ilə yanaşı, təşkilatla Yaxın Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq edən dövlətlərin nümayəndələrinin iştirak etdikləri konfransda "Dövlət idarəçiliyi sahəsində treninq şəbəkələri" "Dövlət qulluğunun cəlbediciliyi" mövzularında məruzələr dinlənilmiş fikir mübadiləsi aparılmışdır.

V.Misirov Azərbaycanda dövlət qulluğu ilə bağlı məqsədyönlü siyasət nəticəsində bu sahəyə marağın artdığını bildirmiş, ölkəmizdə dövlət qulluğuna qəbulun müsabiqə, yuxarı inzibati vəzifələrə təyinatların müsahibə əsasında obyektivlik şəffaflıq şəraitində aparıldığı barədə məlumat vermişdir. Azərbaycan nümayəndəsi həmçinin dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tətbiqi əlaqələndirilməsi, təlimlərin təşkili, əlavə peşə təhsili qiymətləndirmə sistemlərinin tətbiqi sahələrində görülən işlər barədə danışmışdır.

 

 

Azərbaycan.-2008.-24 dekabr.-S.3.