Azərbaycanın müdafiə sənayesi nazirinin Türkiyənin Baş Qərargah rəisinin müavini ilə görüşü olmuşdur

 

AzərTAc xəbər verir ki, dekabrın 23-də Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Baş Qərargah rəisinin müavini, ordu generalı Hasan İğsızın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə dost qardaş ölkələrimizin müdafiə sənayesi sahəsində əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilmişdir.

Türkiyə Respublikasının ölkəmizdəki səfiri Hulusi Kılıç görüşdə iştirak etmişdir.

 

Azərbaycan.-2008.-24 dekabr.-S.3.