Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi, beynəlxalq normalar çərçivəsində həlli vacibdir

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dekabrın 23-də nazir Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi ilə görüşmüşdür.

Görüşdə Azərbaycan iləarasında mövcud əlaqələr, o cümlədən "Şərq tərəfdaşlığı" proqramı, regional, beynəlxalq əməkdaşlığın səviyyəsi qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişdir. Nazir status-kvo vəziyyətini qəbulolunmaz kimi qiymətləndirərək, münaqişənin tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü prinsipi, beynəlxalq normalar çərçivəsində həllinin vacibliyini qonağın diqqətinə çatdırmışdır.

 

 

Azərbaycan.-2008.-24 dekabr.-S.3.