Müharibə, Əmək, Silahlı Qüvvələr Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının IV qurultayı keçirilmişdir

 

AzərTAc xəbər verir ki, dekabrın 23- Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının IV qurultayı keçirilmişdir.

Əvvəlcə müasir Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin, Şuranın sədri Baloğlan Rüstəmovun III qurultaydan sonra keçən müddətdə vəfat etmiş veteranların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın dövlət himni səslənmişdir.

Milli Qəhrəman, şəhid Eldar Məmmədov adına 189 nömrəli məktəbin şagirdləri veteranları təbrik etmişlər.

Respublikanın şəhər rayon veteranlar təşkilatları nümayəndələrinin iştirak etdikləri qurultayı Şura sədrinin vəzifəsini icra edən Əlövsət Baxışov açaraq bildirmişdir ki, gündəliyə Şuranın hesabatı Təftiş-nəzarət komissiyasının məruzəsi, yekun qərarların qəbulu məsələləri daxil edilmişdir.

Sonra təşkilati məsələlərə baxılmışdır. Ə.Baxışov səs çoxluğu ilə Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri seçilmişdir.

Məruzə ilə çıxış edən Ə.Baxışov bildirmişdir ki, 22 il əvvəl yaradılmış Şura hazırda öz sıralarında 1 milyon 200 mindən artıq veteranı birləşdirir.

III qurultaydan sonra görülən işlər haqqında ətraflı məlumat verən sədr hesabat-seçki yığıncaqlarının Naxçıvan Muxtar Respublikasında, Bakı şəhərinin Binəqədi, Yasamal Nəsimi rayonlarında, Gəncə, Sumqayıt, Qazax digər şəhər rayonlarda yüksək səviyyədə keçirildiyini vurğulamış, eyni zamanda səhlənkarlığa yol vermiş təşkilatların fəaliyyətini tənqid etmişdir.

Məruzəçi ümummilli lider Heydər Əliyevin veteranların hüquqlarının bərpa olunmasında, onlara diqqət qayğı göstərilməsində böyük xidmətlərini xatırladaraq demişdir ki, veteranlar indi Prezident İlham Əliyevin qayğı diqqətini daim hiss edirlər.

Ə.Baxışov görülən tədbirlərin veteranların daha da fəallaşmasına, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində onların üzərinə düşən vəzifələrin ardıcıl yerinə yetirilməsinə müsbət təsir göstərməsini xüsusi qeyd etmişdir.

Məruzə ətrafında çıxış edən veteranlar onların sosial-məişət məsələlərinin həllinə dövlətimizin göstərdiyi qayğıdan danışmış, təşkilatlarda görülən işləri, qarşıda duran vəzifələri, eləcə problemləri diqqətə çatdırmış, irad təkliflərini bildirmişlər.

Qurultayda Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev çıxış edərək, Böyük Vətən müharibəsində hamının bir əqidə, bir fikir - Vətəni müdafiə etmək əzmi ilə cəbhəyə yollandığını, bu yolda canlarından belə keçdiklərini diqqətə çatdırmışlar. Lakin keçən əsrin 90- illərinin əvvəllərində bu müharibəyə, eləcə veteranlara münasibətin dəyişdiyini xatırladan natiqlər yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra veteranların bir çox problemlərinin həll olunduğunu bu münasibətin dahi rəhbərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulamışlar.

Sonda qurultay müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul etmişdir. Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının 123 nəfərdən ibarət plenumu, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin veteran təşkilatları Əlaqələndirmə Şurasının qurultayına 4 nümayəndə seçilmişdir.

Qurultayda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Azərbaycan.-2008.-24 dekabr.-S.3.