Özünün enerji təhlükəsizliyini tam şəkildə təmin edən Azərbaycan həm ixrac imkanlarını genişləndirir

 

AzərTAc xəbər verir ki, dekabrın 24-də Bakının Qaradağ rayonu ərazisində tikilmiş "Səngəçal" elektrik stansiyası istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir.

Ümummilli lider Heydər Əliyevin ölkəmizin elektrik enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə müəyyənləşdirdiyi strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin energetika sisteminin yeniləşdirilməsi, gücünün artırılması üçün zəruri tədbirlər görülür, irimiqyaslı yeni layihələr həyata keçirilir. Belə layihələrdən biri olan 300 meqavatlıq "Səngəçal" elektrik stansiyasının tikintisinə 2007-ci ilin fevralında başlanmışdır.

Dövlətimizin başçısı əvvəlcə stansiyanın həyətində qoyulmuş üzərində "Səngəçal" elektrik stansiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci il 24 dekabrda işə qoşulmuşdur" - sözləri yazılmış rəmzi xatirə daşına baxdı.

"Azərenerji"nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, tikinti işlərini Finlandiyanın "Vartsila", İsveçrənin "ABB", Birləşmiş Ərəb Əmirliklərinin "Monolit", Azərbaycanın "Azenko", "İnterenerji" "Qlobus" şirkətləri yerinə yetirmişdir. İqtisadi cəhətdən sürətlə inkişaf edən Bakı şəhərinin Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsində bu stansiyanın mühüm rolu olacaqdır. Stansiyada əsas yanacaq kimi qaz mazutdan, keçid proseslərində isə dizel yanacağından istifadə edilməsi nəzərdə tutulmuşdur. Stansiyanın əsas avadanlığı hər birinin gücü 17 meqavat olan 18 ədəd aqreqatdan ibarətdir. İstehsal olunan elektrik enerjisi 6 ədəd 63 meqavatlıq transformator 110 kilovoltluq 6 elektrikötürmə xətti ilə enerji sisteminə ötürülür.

Elektrik stansiyasına təbii qazın verilməsi üçün dörd kilometr uzunluğunda kəmər çəkilmiş, qazpaylayıcı stansiya, ərazidə yanacaq çənləri, mazutun dizel yanacağının təmizlənməsi qurğuları, suyun kimyəvi təmizlənməsi qurğuları tikilmiş, yanğınsöndürmə sistemi yaradılmışdır. Stansiyaya 3 kilometr uzunluğunda dəmir yolu xətti çəkilmişdir. Ümumi sahəsi 1400 kvadratmetr olan 3 mərtəbəli inzibati bina 1500 kvadratmetr sahəsi olan yardımçı bina inşa olunmuşdur. Ərazidə 10 minə yaxın müxtəlif ağac gül kolları əkilmişdir. Elektrik stansiyasının faydalı əmsalı 46,4 faiz təşkil edir. Bir kilovat-saat elektrik enerjisinin istehsalı üçün 263 qram şərti yanacaq istifadə ediləcəkdir. Tikinti işlərində 600 nəfərə qədər işçi çalışmışdır. Burada 200 nəfər daimi işlə təmin olunacaqdır.

Prezident İlham Əliyev elektrik stansiyasının ərazisini gəzdi, yanacaq emalı sexi ilə tanış oldu. Mazut dizel yanacaqları burada qarışıq maddələrdən təmizlənir. Hər bir qurğu saatda 14 min kubmetr mazutu emal edə bilir.

Dövlətimizin başçısı qapalı soyutma, mərkəzləşdirilmiş yanğından mühafizə sistemləri, avadanlıq qurğularla, 20 min tonluq ehtiyat yanacaq çənləri ilə tanış oldu. Bildirildi ki, stansiyanın mexaniki avadanlığı idarə edilməsi üzrə xüsusi "Veks" proqram təminatı "Vartsila", elektrik avadanlığı isə "ABB" şirkətinə məxsusdur. Qurğular işə düşdükdən 3-4 dəqiqə sonra elektrik enerjisi verməyə başlayır istənilən anda bunu saxlamaq mümkündür. Əlavə yanacağa ehtiyac duyulmur 60-70 ton mazuta qənaət olunur. Burada elektrik enerjisi ilə yanaşı, istilik enerjisi alınır.

Prezident İlham Əliyev idarəetmə mərkəzinə gəldi, düyməni basaraq stansiyanı işə saldı.

Dövlətimizin başçısı "Səngəçal Sendiviç Panel" zavodunun istehsalı olan stansiyanın həyətində nümayiş etdirilən tikinti materiallarına da baxdı.

Sonra açılış mərasimi oldu, Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

 

Azərbaycan.-2008.-25 dekabr.-S.1.