Azərbaycan Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş Milli Qəhrəman Samir Xasıyev adına parkla tanış olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də ailə üzvləri ilə birlikdə Nərimanov rayonundakı Milli Qəhrəman Samir Xasıyev adına parka gələrək, bu istirahət guşəsinin əsaslı təmir yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Bu, Bakı şəhərində parkların xiyabanların əsaslı təmir yenidən qurulması ilə bağlı dövlət başçısının tapşırıqlarına əsasən abadlaşdırılan növbəti parklardan biridir. Nərimanov rayonu sakinlərinin sevimli istirahət yeri olan parkda qısa vaxt ərzində gözəl şərait yaradılmışdır.

Prezident İlham Əliyevə parkda görülmüş işlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, bir hektar ərazini əhatə edən parkda yeni müasir fəvvarələr quraşdırılmış, asfalt örtüyü əvəzinə daş döşənmiş, müxtəlif hava şəraitinə davamlı materialdan hazırlanmış çoxlu oturacaq qoyulmuşdur. Ərazidə Hollandiyadan gətirilmiş müxtəlif gül ağac kolları əkilmiş, çəmənlik salınmışdır. İşıqlandırma sistemində İtaliyadan gətirilmiş yüksək keyfiyyətli avadanlıqdan istifadə olunmuşdur.

Dövlətimizin başçısı parkda görülmüş əsaslı təmir yenidənqurma işlərindən razı qalmışdır.

 

AzərTAc

 

Azərbaycan.-2008.-25 dekabr.-S.3.